FACT-INFO.AZ » XƏBƏR » Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
21-11-2019, 07:55 | XƏBƏR
Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub

Noyabrın 20-də Goranboy rayonunun Heydər Əliyev Mərkəzində müharibə veteranı, istefada olan mayor Telman Orucova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi “Azərbaycan Bayrağı” ordeni təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəsmilərinin, Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyinin, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda əldə edilən nailiyyətlərdən geniş söhbət açıb. Qeyd edilib ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən tapşırığı yerinə yetirməyə hər an hazırdır. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində aparılan uğurlu əməliyyatlar zamanı min hektarlarla ərazinin nəzarətə götürülməsi, strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusu tarixinin parlaq səhifələrindəndir. Bu əməliyyatlarda Goranboy rayonundan olan hərbi qulluqçular da öhdələrinə düşən əmr və tapşırıqları layiqincə yerinə yetiriblər.

Tədbirdə vurğulanıb ki, goranboylular həmişə doğma torpaqlarını etibarlı şəkildə müdafiə edərək, düşmən hücumlarının qarşısını mərdliklə alıblar. Doqquz nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu gün bütün qoşun növlərində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yüzlərlə goranboylu Vətənə layiqincə xidmət edir. İldən-ilə gənclər hərbi peşələrə daha böyük maraq göstərir və talelərini Vətənə xidmət peşəsinə həsr edirlər. Müharibə veteranları, şəhid ailələri, döyüşlərdə sağlamlıqlarını itirənlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına nazirliyin rəhbərliyinin salamlarını çatdırıb. Bildirib ki, nazirliyin rəhbərliyi hər bir hərbi qulluqçunun xidmətini həmişə yüksək qiymətləndirir. İstefada və ehtiyatda olan hərbçilərimiz də diqqətdən kənarda qalmırlar. Keçən əsrin 90-cı illərinin əvvəllərində döyüş orden və medallarına təqdim olunmalarına baxmayaraq, hələ də layiq görüldükləri dövlət mükafatlarını almayan hərbi qulluqçuların sənədləri müvafiq komissiya tərəfindən yenidən araşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu da təltif edilib. Onlardan biri də istefada olan mayor Telman Orucovdur. Könüllü olaraq milli orduda əsgər kimi xidmətə başlayan T.Orucov Goranboy istiqamətində gedən əməliyyatların fəal iştirakçılarından olub. Manqa komandirindən hərbi hissənin artilleriya rəisi vəzifəsinə və mayor hərbi rütbəsinə qədər yüksələn T.Orucovun rəhbərlik etdiyi artilleriya bölmələri düşmənin 2 top, 3 tank, 1 helikopter və 40-dan çox canlı qüvvəsini məhv edib. İçərisində 20 nəfərdən çox polis əməkdaşı olan milli aviasiyamıza məxsus helikopterin düşmən mühasirəsindən çıxması da onların şücaəti ilə bağlıdır.

Müharibə veteranı, onun doğmaları və həmyerliləri 28 ildən sonra ədalətin bərpa olunmasına görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“Azərbaycan Bayrağı” ordeni alqışlar altında keçmiş döyüşçüyə təqdim edilib.

Azərbaycanın Milli qəhrəmanları Maşallah Abdullayev, Məhəmməd Həsənov, ziyalıların nümayəndəsi Namiq Məmmədov və digərləri T.Orucovun silah yoldaşları adından çıxış edərək onu təbrik edib, bu gün də Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını vurğulayıblar.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.




Baxış sayı: 1 041
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031