FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Türkün dastanı" təqdim edilib
16-11-2019, 08:35 | MƏDƏNİYYƏT
"Türkün dastanı" təqdim edilib

Ötən gün Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təsisçiləri olan "91-lər"dən biri, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli dövlət qulluqçusu Minus Bayramovun "Türkün dastanı (poemalar toplusu)" kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov rəhbərlik etdiyi qurumun türk dünyasının birliyi və yaxınlaşması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, son illər türk dünyasının birliyinə həsr olunmuş silsilə kitablar çap olunur, tədbirlər keçirilir. Akademik bu baxımdan Minus Bayramovun "Türkün dastanı" kitabının böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, kitabda müəllif çox böyük zəhmət hesabına türk xalqlarının mənşəyi, keçdiyi tarixi yolla ətraflı nəzərə salıb. Türk dünyasının tarixinin nəzmə çəkildiyi bu əsərdə zərrə qədərə də olsun uydurma, fantastik baxış yoxdur. Müəllif hər bir şeyi çox böyük tədqiqatçı kimi, tarixi faktların dili ilə oxucuya çatdırıb. Bu baxımdan da Minus Bayramov bədii cəhətdən oxunaqlı və orijinal bir poema ortaya qoyub.

Nizami Cəfərov bildirib ki, Minus Bayramov xalqımızın ləyaqətli ziyalılarından biri kimi hər zaman dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilib, fərqlənir.

Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, kitabın redaktoru Tahir Taisoğlu "Türkün dastanı" kitabında yer alan poemaların bədii-fəlsəfi məziyyətlərindən söz açıb. Deyib ki, tarixi faktlarla zəngin olan bu poetik nümunələrdə türk xalqlarının keçdiyi yola yenidən nəzər salan şair tarixi həqiqətləri çox böyük ustalıqla nəzmə çəkib.

Çıxışını kitabdan gətirdiyi şeir nümunələri ilə davam etdirən T. Taisoğlu əminliklə vurğulayıb ki, belə əsərlər türk xalqlarının birliyinə və bir-birini daha da yaxından tanımasına xidmət edir.

Tədbirdə Milli Məclisin deputatları Aydın Hüseynov, Hikmət Babaoğlu, Bakı Dövlət Universitetinin professorları Əsədulla Qurbanov, İsgəndər Quliyev və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis tərtibatda işıq üzü görən kitabda şairin türk dünyasına sevgisindən yoğurulmuş poemaları yer alıb. Müəllif bu poemalarla türklərin, ümumilikdə türklüyün tarixinə işıq tutmaqla yanaşı, həm də tarixi baxımdan türkdilli xalqların keçdiyi yola poetik dillə və obrazlı şəkildə nəzər yetirir.

Vurğulanıb ki, kitabda müəllif türk imperatorluqları, dövlətləri, bəylikləri, atabəylikləri, xanlıqları, cümhuriyyətləri, bir sözlə türk adına yaradılmış bütün türkdilli dövlətlər haqqında məlumat verir.

Çıxışlarda birmənalı olaraq vurğulanıb ki, "Türkün dastanı" kitabını əslində bütövlükdə türk dünyasının nəzmə çəkilmiş tarixi də adlandırmaq olar.

Kitabda yer alan "Alp Əl Tunqa dastanı", "Oğuz Kağan dastanı", "Atilla", "Ağ hunlar", "Göytürklər", "Boz qurd haqqında" və digər poetik nümunələrin hər birinin ayrıca bitkin bir əsər olduğunu söyləyən natiqlər müəllifə gələcək işlərində uğurlar arzulayıblar.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini söyləyib.

Tədbirə sözləri Munis Bayramova, musiqisi Baba Mirzəyevə məxsus "Fateh Sultan Məhəmməd" mahnısının səsləndirilməsi ilə yekun vurulub.




Baxış sayı: 1 205
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031