FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst fəaliyyət göstərir”
14-11-2019, 14:30 | SİYASƏT
Prezident İlham Əliyev: “Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst fəaliyyət göstərir”

“Tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində Azərbaycan dövləti öz səylərini əsirgəmir”.

APA-nın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilib və ya yenidən tikilib:

“Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var. Müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik, öz dinimizi təbliğ edirik. Eyni zamanda Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir. Ölkəmizdə çox gözəl ictimai abı-hava var”.

Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatlar, eyni zamanda dünya dini liderləri Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirir: “Azərbaycana bir neçə dəfə səfər etmiş Zati Müqəddəsləri Moskva və Ümumrusiya patriarxı Kirill, Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər dəfələrlə Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında öz sözlərini deyiblər. Bu sözlər, yüksək qiymət bizim üçün çox dəyərlidir və reallığı əks etdirir”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan öz inkişafını, öz gələcəyini milli köklər üzərində quran ölkədir: “Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli, vətənpərvər ruhda, eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zivə Görüşünün mövzularından biri də bu olacaq. Çünki biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır. Bizim üçün yad olan, milli təfəkkürümüzə yad yeni dırnaqarası dəyərlər aşılanır. Biz özümüzü, xüsusilə gənc nəsli bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə ənənəvi, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Bu istiqamətdə Azərbaycanda həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət çox böyük qiymətə layiqdir”.




Baxış sayı: 1 005
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031