Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq müstəqil Azərbaycanın rəmzi kimi hər zaman dalğalanacaq” sərlövhəli məqalə dərc edib. Məqalədə bayram günü Azərbaycanda binalardan dövlət bayrağının asıldığı, ölkəmizdə dövlət rəmzinə xüsusi hörmətlə yanaşıldığı bildirilib.
Dövlət Bayrağı Gününün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildən qeyd olunduğunu yazan məqalə müəllifi bu gün ölkəmizdə dövlət və idman tədbirlərinin, hissələrdə andiçmə mərasimlərinin və “açıq qapı” gününün keçirildiyini bildirib. Qəzet yazır ki, Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı olan bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib və ilk dəfə Bakı Dəniz Vağzalında sancılıb. 1990-cı ildə o zaman ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının ilk sessiyasında dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda AXC-nin şərəfinə Müstəqillik abidəsi ucaldılıb.
Məqalədə Azərbaycan istiqlaliyyətinin ideoloqları Əli bəy Hüseynzadə və Fətəli xan Xoyski, Azərbaycan-Rusiya münasibətləri barədə də söhbət açılıb.
Baxış sayı: 937
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

