FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İsveçrədə tədbir keçirilib
6-11-2019, 09:25 | XƏBƏR
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İsveçrədə tədbir keçirilib

Bern Konservatoriyasında təşkil olunan tədbirdə İsveçrənin yüksək səviyyəli rəsmi şəxsləri, Avropa İttifaqının, Türkiyənin, Yaponiyanın, ABŞ-ın, Fransanın və digər ölkələrin Berndə akkreditə olunmuş səfirləri, diplomatik korpusun digər üzvləri, yerli hökumət qurumlarının və ictimaiyyətin nümayəndələri, Yəhudi İcmasının prezidenti, Azərbaycan-İsveçrə Birgə İqtisadi Komissiyasının İsveçrə tərəfdən həmsədri, deputatlar, nüfuzlu siyasətçilər və tanınmış biznes nümayəndələri, aparıcı şirkətlərin icraçı direktorları, həmçinin Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova çıxış edərək tədbirin Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə də həsr olunduğunu bildirib.

X.İbrahimova vurğulayıb ki, səfirlik Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə üç tədbirlə töhfə verir. Bu tədbirlərdən birincisinin Xalq artisti Fidan Hacıyevanın ifasında opera konsertinin olduğunu söyləyən diplomat konsertin repertuarının seçimində Azərbaycanın müsəlman aləmində ilk operanın bəstələndiyi məkan olması nəzərə alınıb.

İkinci tədbirin İsveçrənin federal arxivlərində birillik araşdırmalara əsaslanan kitabın təqdimatı olduğunu söyləyən səfir XX əsrin əvvəllərində ölkələrimiz arasında diplomatik əlaqələrin tarixinə dair indiyədək məlum olmayan faktları üzə çıxaran nəşri oxuculara təqdim etməkdən qürur duyduqlarını bildirib. Vurğulanıb ki, kitabda Qafqazda konfederasiya qurulması təşəbbüslərinin uğursuzluğa düçar olmasının, Azərbaycanın İsveçrə üçün maraq kəsb etməsinin səbəbləri araşdırılır və təhlil olunur. Bundan başqa, kitabda həmin dövrdə Azərbaycandakı isveçrəlilər və onlar tərəfindən sərmayə qoyulmuş sahələr haqqında da məlumat verilir. Qeyd olunub ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrdə diqqətçəkən məqamlardan biri İkinci Dünya müharibəsində itkin düşmüş və taleləri bu günədək naməlum qalan 300-dən artıq azərbaycanlı əsgərin aqibətinə ilk dəfə aydınlığın gətirilməsidir. Səfir Azərbaycan-İsveçrə münasibətlərinin müxtəlif aspektləri haqqında arxiv sənəd və materiallar, tarixi mənbələr əsasında hazırlanmış bu kitabı zəngin diplomatiya irsimizin öyrənilməsinə və araşdırılmasına dəyərli töhfə kimi qiymətləndirib.

Məlumat verilib ki, üçüncü tədbir Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi, eləcə də Azərbaycan-İsveçrə əlaqələrinin uğurlu inkişafı münasibətilə Turqau kantonu Hökuməti ilə birgə Frauenfeld şəhərində simvolik ağacəkmə mərasimi olacaq. Bu tədbir noyabrın 6-da keçiriləcək.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir dövlətimizin başçısının cari ilin yanvarında bu ölkəyə işgüzar səfəri çərçivəsində isveçrəli həmkarı ilə görüşdüyünü qeyd edib. Bildirib ki, Azərbaycan ilə Davos İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və ölkəmiz Forumun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlığa başlayıb. İl ərzində İsveçrə parlamentinin sədrinin və Xarici Məsələlər üzrə dövlət katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Bakıya, Azərbaycandan isə İqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Hökumətlərarası İqtisadi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Bernə səfər etdiyi diqqətə çatdırılıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Birinci Dünya müharibəsindən sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün müsəlman Şərqində ilk Respublikanın Xarici İşlər Nazirliyi təsis edilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən çoxşaxəli diplomatik fəaliyyətə başlamış, lakin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması məhz 1919-cu il iyulun 9-na təsadüf etmişdir. Məhz buna görə də Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə həmin gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib.

Həmçinin bildirilib ki, çoxmillətli parlamentə məxsus gənc demokratik respublikanın hökumətində də bir çox millətlərin nümayəndələri təmsil olunurdu. Tolerant bir cəmiyyətin qurulduğu gənc dövlətdə ilk ali təhsil ocağı – Bakı Dövlət Universiteti təsis olundu, yüzdən artıq azərbaycanlı tələbə təhsil almaq üçün xarici ölkələrə göndərildi. Qısa müddət ərzində bir çox nailiyyətlərə imza atılmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı.

Cümhuriyyətimizin qısa ömür yaşamasına baxmayaraq, ilk Respublikanın Xarici İşlər Nazirliyinin diplomatik heyəti geniş təcrübəyə yiyələndi, mühüm nailiyyətlər əldə etdi və müstəqil xarici siyasət fəaliyyətimizin əsasını qoydu.

Hikmət Hacıyev vurğulayıb ki, yerləşdiyi regionun ətrafında cərəyan edən ziddiyyətli proseslərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə daxili sabitlik və inkişaf, iqtisadiyyatın müsbət artım dinamikası təmin edilib, həyata keçirilən irimiqyaslı layihələr beynəlxalq səviyyədəki mövqeyimizi və nüfuzumuzu daha da möhkəmləndirib.

Daha sonra Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatları – pianoçu Zülfiyyə Sadıqova və violonçel ifaçısı Alina Kudelevits konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm xarici, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir hissə və “Sevgili canan” romansı, Qara Qarayevin əsərləri, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və s. səsləndirilib.




Baxış sayı: 982
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031