FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Mədəni irsimizin səsi” filmi
1-11-2019, 09:40 | MƏDƏNİYYƏT
“Mədəni irsimizin səsi” filmi

Filmdə Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, vandalcasına məhv edilmiş tarixi-mədəni abidələrimiz nümayiş etdirilib. Füzuli rayonunda qədim dövrlərə aid tarixi-mədəni yerlər eləcə də XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim su kəhrizi haqda məlumatlar yer alıb. Bildirilib ki, hələ keçmiş sovetlər dövründə xalqımızın qan yaddaşını təcəssüm etdirən bu mədəni abidələr heç bir əxlaqi dəyərlərə sığmadan müxtəlif təsərrüfat məqsədləri üçün, kimyəvi preparatların saxlanc yeri kimi istifadə edilmiş, bəziləri yandırılmış və ya baxımsız hala gətirilmiş, Böyük Bəhmənli kəndinin yaxınlığındakı qədim şəhərin qalıqları yer üzündən silinərək yerində əkin sahələri salınmışdır.

Qarabağ müharibəsi dövründə bir neçə ay erməni hərbi birləşmələrinin işğalı altında qalan kəndlərimizdəki tarixi-mədəni abidələrin dağıdıldığını, güllə boran edildiyini, uçurulduğunu bildirən BAMF prezidenti Umud Mirzəyev işğal altında qalan yurdlarımızın səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təxirəsalınmaz işlərin görülməsinin vacib olduğunu bildirib. O, film haqda məlumatların ingilis, rus, türk, ərəb dillərində yayımlanacağını vurğulayıb. Abidələrin Mədəniyyət Nazirliyi tərəfindən qismən bərpa olunduğu və hazırda əsaslı təmirə ehtiyacı olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov işğal altında qalan tarixi-mədəni abidələrimizin Ermənistan tərəfindən saxtalaşdırlaraq dünyaya təqdim edildiyini və bu cür filmlərin saxtakarlığın qarşısını almaq baxımından əhəmiyyətli olduğunu bildirib. O, filmin ərsəyə gəlməsinə dəstək göstərdiyi üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli filmin təkcə Füzuli rayonunda deyil, bütün Qarabağda törədilən vandalizm aktlarının dünyaya çatdırılmasındakı əhəmiyyətindən danışıb. O, belə filmlərin mətbuat və sosial şəbəkələr vasitəsilə dünyaya çıxarılmasının vacibliyini vurğulayıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva nazirliyin ölkəmizin tarixi-mədəni keçmişi ilə bağlı layihələrə dəstək olduğunu bildirib. Belə filmlərin gənclərin maarifləndirilməsi baxımından zəruriliyini qeyd edib. O, filmin istehsalında BAMF-a və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu cür filmlərin sistemli şəkildə istehsalının və beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə təqdim edilməsinin əhəmiyyətini qeyd edib. Belə filmlərin erməni vandalizmini dünyaya sübut edən maarifləndirici vasitə olduğunu bildirib.

Azərbaycan Dövlət Pedaqoji Kollecin rəhbəri İsrail İsgəndərov və təhsil işçisi, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova belə filmlərin təhsil müəssisələrində gənc nəsil üçün nümayiş etdirilməsinin tarixi yaddaşın bərpası baxımdan əhəmiyyətini vurğulayıblar.

Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi, hüquqşünas Sahib Məmmədov tarixi-mədəni abidələrin işğaldan əvvəlki və müasir vəziyyətinə dair tədqiqatların aparılması və hesabatların hazırlanmasından danışıb.

Jurnalist Fuad Abbasov filmin əhəmiyyətini vurğulayaraq həqiqəti əks etdirən belə ekran əsərlərinin sosial şəbəkələrdə daha aktiv şəkildə yayılması üçün müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edib.

Özbəkistanlı alim-tədqiqatçı Şuhrat Barlas filmin çəkilişlərində iştirakından qürur duyduğunu və filmin Orta Asiya ölkələrində nümayiş etdirilməsinin vacib olduğunu bildirib. O, filmə baxdıqca daşnakların fitnəkarlığı nəticəsində keçən əsrin əvvəllərində Özbəkistanda 1 milyon 700 min insanın öldürüldüyü, yüzlərlə tarixi-mədəni abidənin məhv edildiyi, 3500 caminin dağıdıldığının gözü önündə canlandığını və bundan təsirləndiyini diqqətə çatdırıb.

Qeyd edək ki, filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi, 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayın qarət edilərək yandırılması, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatın talan olunması eləcə də işğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrilməsi, dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edilməsinə dair məlumatlar yer alıb.




Baxış sayı: 1 339
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031