FACT-INFO.AZ » SİYASƏT » "Ermənistanın işğalçı mahiyyətini dünya ictimaiyyətinin 3/2-ni təşkil edən Qoşulmama Hərəkatı tanıyıb"
29-10-2019, 19:10 | SİYASƏT
"Ermənistanın işğalçı mahiyyətini dünya ictimaiyyətinin 3/2-ni təşkil edən Qoşulmama Hərəkatı tanıyıb"

Bəyanatda bildirilib ki, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib.

"Belə ki, bu mövqe bundan öncə də Qoşulmama Hərəkatının münaqişə ilə bağlı mövcud olan “münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyi” çağırışını təkrar edərək, bu məsələdə daha irəli addım atılıb və “güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulanır və təsdiq edilir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər” müddəası yekdilliklə qəbul edilib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum dörd qətnamələrində Azərbaycan ərazilərinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması ilə bağlı əks olunan mövqe, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdikləri digər çoxsaylı qərar və qətnamələrə əlavə olaraq, Ermənistanın siyasətinin işğalçı mahiyyəti növbəti dəfə və dünya ictimaiyyətinin üçdə ikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanınıb.

Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Qoşulmama Hərəkatının təməl prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı qanunsuz zor tətbiq edən və ölkənin ərazi bütövlüyünü pozan, hazırda Azərbaycanın ərazilərinin beşdə birini hərbi işğal altında saxlayaraq bu ərazilərinin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirən, Xocalı soyqırımı kimi mülki əhaliyə qarşı qətliamı törədən və hazırda öz destruktiv mövqeyi və anneksiya siyasəti ilə münaqişənin danışıqlar yolu ilə həllinə maneə törədən Ermənistanın nə beynəlxalq hüquqdan, nə də sülh prosesi öhdəçiliyindən danışmağa haqqı var. Bu gün beynəlxalq ictimaiyyətin tanıdığı və həllini tələb etdiyi bir həqiqət var: o da Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının Ermənistan tərəfindən işğal olunduğu və bu işğala son qoyularaq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması tələbindən ibarətdir. Bunu görmək istəməyən yeganə ölkə isə elə işğalçı ölkə Ermənistandır.

Digər beynəlxalq təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının da mövqeyi məhz beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktına, Hərəkatın təməlini təşkil edən Bandunq prinsiplərinə əsaslanır. Belə ki, bütün hallarda qanunsuz güc tətbiqi, ölkələrinin beynəlxalq tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulması qəti şəkildə pislənilir. Təcavüzkar siyasəti ilə bölgədə sülh və təhlükəsizliyə təhdid törədən Ermənistanın iddia etdiyi kimi “təhlükəsizlik təminatçısı” qismində çıxış etməsi üçün, ilk növbədə ərazi iddialarına son verməsi və mövcud təhlükəsizlik mühitini dərk etməsi gərəkdir. Yalnız Azərbaycan hökuməti və ölkənin Konstitusiyası dövlətin ərazisində yaşayan bütün əhalinin, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin əhalisinin təhlükəsizlik təminatçısıdır və bundan sonra da belə olacaqdır", - deyə bəyanatda qeyd olunub.




Baxış sayı: 1 075
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031