Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə bəstələnmiş “Mənim Azərbaycanım” mahnısı bu günlərdə təqdim edilib. Sözləri şair Zaur Cəfərov, musiqisi isə müğənni və bəstəkar, ölkəmizi “Qolos Ukrainı” layihəsində təmsil edən Cavid Məmmədova aid olan mahnını “Səs” layihəsinin iştirakçısı Emil Qədirov ifa edib.
AZƏRTAC xəbər verir ki, mahnı Azərbaycan və rus dillərində ifa olunur. Onun ərsəyə gəlməsinə Rusiyanın Azərbaycanlı Gəncləri Birliyi və “Baku Media Center” dəstək göstəriblər. Klipə https://www.youtube.com/watch?v=mUFqQDBelDw&feature=youtu.be linki vasitəsilə baxmaq olar.
Qeyd edək ki, mahnının sözlərinin müəllifi Zaur Cəfərov 2015-ci ildə Rusiyanın “Poetik qardaşlıq” klubunun himayəsi ilə keçirilən beynəlxalq poeziya müsabiqəsinin ilk üç liderindən biri olub.
Baxış sayı: 1 318
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

