“Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir”.
Bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir:
“11 il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız Bakı Prosesi təşəbbüsü BMT tərəfindən də dəstəklənib. BMT-nin Baş Katibi Antonio Quttereş Bakı Prosesini 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirib. Bakı Prosesinin məntiqi davamı olaraq təsis edilmiş və 2 ildən bir ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal plaftorma kimi tanınıb”.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, XVIII Bakı Zirvə Görüşü çərçivəsində aparılacaq müzakirələr Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərəcək:
“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcək”.
Baxış sayı: 1 092
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

