FACT-INFO.AZ » SİYASƏT » Avropa Şurasında işğalçı Ermənistana əsassız güzəştli münasibət tənqid edildi
26-01-2016, 09:20 | SİYASƏT
Avropa Şurasında işğalçı Ermənistana əsassız güzəştli münasibət tənqid edildi

Hesabat məruzəsi ilə Parlament Assambleyasının fəaliyyətini başa vuran sədr Ann Brasör çıxış etdi. Məruzə ətrafındakı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da bir sıra mülahizələrini ifadə etdi. O, əsas diqqəti Ermənistanın Azərbaycana təcavüzü məsələsinə yönəldərək deyib: “Artıq 60-cı dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü olaraq Avropa Şurasında Parlament Assambleyası Bürosunun və Daimi Komitənin inkişaf hesabatını dinləyirik. Təbii ki, hər dəfə məruzədə hansısa sevindirici nəticələrin, müəyyən irəliləyişlərin əldə edilməsi barədə məlumatlar yer alır. Lakin Avropa Şurasının nisbətən yeni üzvlərindən və gənc demokratiyalardan biri olaraq Azərbaycan hər dəfə bu hesabatlarda həm də ilk növbədə özü ilə əlaqədar taleyüklü məsələlərdə hansı nailiyyət və irəliləyişlərin olmasına diqqət yetirir. Məmnunluqla qeyd edə bilərik ki, budəfəki hesabat dövründə Azərbaycanda müstəqillik dövründə sayca beşinci parlament seçkiləri keçirildi və Avropa Şurasının da seçkiləri müşahidə missiyası həmin prosesi izləyərək öz müsbət qiymətini verdi. Lakin bizi qətiyyən məmnun etməyən başqa cəhət ondan ibarətdir ki, Ermənistanın təcavüzkar olduğunu rəsmi sənədlərində təsdiq etmiş olsa da, həmin ölkədə vətəndaşların mövcud rejimdən etirazları səngimək bilməsə də, Parlament Assambleyası yenə bu cığal, beynəlxalq qayda-qanunlara tabe olmaq istəməyən ölkəyə qarşı heyrətamiz yumşaqlığını nümayiş etdirmək xəttindən əl çəkmir. Bu, Avropa Şurasında hər kəsə bəlli həqiqətdir ki, Ermənistan ona havadarlıq edən qüvvələrin köməyi ilə 20 ildən artıqdır Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bu da başqa bir həqiqətdir ki, Avropa Şurası son 15 ildə iki üzv dövlət arasındakı münaqişənin diplomatik vasitələrlə həlli üçün heç bir həlledici addım atmayıb. Sadəcə diplomatik yolla hər dəfə yaxasını kənara çəkərək həmin məsələ ilə bilavasitə Minsk qrupunun məşğul olduğunu bəyan edib. Minsk qrupunun isə adı olub işi olmayan, sadəcə fəaliyyət görüntüsü yaradan bir süni qurum olmasını son 20 ilin müşahidələri sübuta yetirib.

Ermənistan isə öz işğalçılıq xəttini davam etdirmək niyyətindən əl çəkmir və bunu, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin müxtəlif aspektlərini açan 2 məruzənin cari sessiyanın gündəliyinə daxil edilməsi bir daha göstərir. Başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməkdə ləngiməyən Avropa Şurasının ən sərt sanksiyalara qat-qat artıq layiq olan Ermənistana qarşı belə dözümlülük göstərməsinin sirri nədədir? Olmaya Ermənistanı superdövlət hesab edərək ondan çəkinirsiniz? Axı Ermənistan bütün istiqamətlərdə, istər iqtisadi, istər siyasi baxımdan iflas içərisində olan, gündən-günə çökən bir dövlətdir.

Yeni, 2016-cı il ərəfəsində Ermənistan mətbuatında yayılan bir xəbər bu forpost dövlətə ifrat qayğıkeşliyin səbəbini müəyyənləşdirmək baxımından məni düşündürdü. Tarix elmləri doktoru, professor R.Naapetyan bir neçə həftə öncə Yerevanda mətbuat konfransı keçirərək tam ciddiyyətlə bildirib ki, ermənilər yeni ili İsa peyğəmbərin dünyaya gəlməsindən 2500 il əvvəl bayram edirlərmiş, Santa Klausa gəlincə, o da milliyyətcə ermənidir və 280-ci ildə anadan olub. Məşhur erməni aliminin bu bəyanatı qonşularına qarşı təcavüz, öz xalqına qarşı təcrid siyasəti aparan Ermənistan dövlətinin iştahaları və ambisiyaları ilə tam uyğun gəlir. Ermənistana münasibətdə Avropa Şurasının nəvazişkar davranışlarına ayrı bir məntiqə sığan izah və cavab tapa bilmədiyimə görə belə qənaətə gəlmişəm ki, yəqin “Dənizdən dənizədək Ermənistan” nağılına da, onların bu qəbil miflərinə də inanmısınız. Həmin səbəbdən də Ermənistan dövlətinin xətrinə dəymək istəmirsiniz. Belə olmasaydı, yəqin ki, terrorizmi dövlət siyasətinə çevirmiş bu ölkəyə qarşı çoxdan qəti tədbirlər görərdiniz”.

 Son olaraq deputat Rafael Hüseynov məruzədə bu problemlərə yer ayrılmamasını hesabatın ciddi kəsiri kimi qiymətləndirib: “2015-ci il başa çatdı. Yeni 2016-cı il gəldi və təəssüf ki, yenə Avropa Şurası Parlament Assambleyası Bürosu və Daimi Komitəsinin inkişaf haqda məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar nailiyyətlərdən xəbər verən və sülh prosesinə töhfə sayılacaq hansısa irəliləyişi ifadə edən bircə cümləyə də rast gəlmədik”.




Baxış sayı: 1 866
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031