FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan paytaxtından dünyaya çox mühüm siyasi mesajlar ünvanlanır
24-10-2019, 09:45 | SİYASƏT
Azərbaycan paytaxtından dünyaya çox mühüm siyasi mesajlar ünvanlanır

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın dünyadakı çəkisinin və gücünün bir göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu: “Həmin ilin oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasında seçkilərdə qalib gəlməsində Qoşulmama Hərəkatına üzvlüyümüz də çox mühüm rol oynadı və bu quruma daxil olan bütün ölkələr seçkilər zamanı Azərbaycanı müdafiə etdi.

Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşündə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, 158 ölkədən nümayəndə heyəti iştirak edəcək və bu tədbir çərçivəsində dörd mühüm əhəmiyyətli sənədin qəbul edilməsi gözlənilir. Bu sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyi öz əksini tapır və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi müdafiə olunur. Bu baxımdan, Zirvə Görüşünün böyük siyasi əhəmiyyəti var”.

Deputat vurğulayıb ki, eyni zamanda Bakıda belə bir zirvə toplantısının keçirilməsi Azərbaycanda daimi diplomatik nümayəndəlikləri olmayan ölkələrlə əlaqələri möhkəmləndirmək üçün effektli platforma imkanı yaradır: “Bu, bütün məsələlərin səsvermə yolu ilə həll edildiyi və hər bir səsin bərabərhüquqa malik olduğu BMT-də, digər beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır".

Politoloq əlavə edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin təminatında çox böyük rola malikdir və Azərbaycan paytaxtından dünya üçün çox mühüm siyasi əhəmiyyətli mesajlar ünvanlanır: “Hesab edirəm ki, belə bir tədbirin Bakıda keçirilməsi nəticə etibarı ilə bütün dünyaya nümayiş etdirəcək ki, Azərbaycan bu gün sabit, təhlükəsiz, öz hədəfləri olan ölkədir və beynəlxalq təhlükəsizliyin təminatında böyük rola və əhəmiyyətə malikdir”.

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin beynəlxalq münasibətlər sistemində rolunu artıracaq.

Bunu isə Trend-ə azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı yüzdən çox dövləti birləşdirən vacib beynəlxalq platformadır:

“Bu qurum çərçivəsində bütün bəşəriyyəti narahat edən ən aktual məsələlər müzakirə olunur. Nəzərə alsaq ki, BMT-yə daxil olan 200-ə yaxın dövlətdən 120-i Hərəkatın üzvüdür, o zaman bu qurumun gücünü təsəvvür etmək olar. Onların dünyada təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfəsi kifayət qədər güclüdür və Azərbaycanın bu Hərəkatda növbəti üç il ərzində sədrlik etməsi ciddi və məsuliyyətli addımdır. Şübhəsiz ki, bu müddət ərzində Azərbaycan sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, Qoşulmama Hərəkatının bir çox üzv ölkəsi ilə ikitərəfli və çoxtərəfli əsasda konstruktiv münasibətlərin qurulmasına töhfəsini verəcək”.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.




Baxış sayı: 1 104
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031