"Ümumiyyətlə, yer kürəsində son illər iqlim dəyişiklikləri mövcuddur. Bu vəziyyət, əlbəttə ki, Azərbaycandan da yan keçmir. Son illər havaların isti keçməsi, eyni zamanda, yağıntiların azalması, qar örtüyünün olmaması səbəbindən bu vəziyyətdə belə bir gərginlik əmələ gəlib".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynov bildirib. Onun sözlərinə görə, Kür çayında son illər su ehtiyatları azalmaq üzrədir:
"Bunlar da bilavasitə Mingəcevir Su Anbarına təsir göstərir. Məsələn, bu gün su anbarında vəziyyət 68-51 metr səviyyəsindədir. Bu problem də son 40 ildə ilk dəfədir. Qarabağ bölgəsinin 150 min hektar ərazisi, Şirvan bölgəsinin 130 min hektar əkin sahəsi bu su anbarından 2 magistral kanal vasitəsilə suvarma suyu ilə təmin olunur. Eyni zamanda, Kür üzərində quraşdırılan nasos vasitəsilə Kürqırağı rayonların da əkin sahələri su ilə təmin olunur".
Baxış sayı: 1 112
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

