FACT-INFO.AZ » XƏBƏR » Hikmət Şikarov: Qrant gəmiricilərinin “payız hesabatı " iflasa uğradı
21-10-2019, 11:20 | XƏBƏR
Hikmət Şikarov: Qrant gəmiricilərinin “payız hesabatı " iflasa uğradı

Bəzi destruktiv qüvvələrin 19 oktyabr icazəsiz mitinqi növbəti dəfə uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir. İstər AXCP sədri kimi buradakı siyasətbazlar, istərsə də onların xarici ölkədəki havadarları bu cür "fəallaşmaqla" Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgilədiklərini nümayiş etdirirlər.

Sağlam düşüncəli ictimai rəy isə bu qaragüruhçuların sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə, xalqın maraqlarına yönəlməyib. Bu radikallar birbaşa əvvəlcədən hazırlamış olduqları ssenari üzrə hərəkət edərək kiçik bir qısametrajlı film çəkərək bu film üzərindən gələn qonararlarla bir müddət " oliqarx" kimi yaşamaq niyyətinə düşmüşdülər. Filmin ssenari müəllifi və quruluşçu rejissoru isə məzlumlar " kralı " Əli Kərimli idi.

Lakin dünənki iflasdan sonra vətəninə, xalqına xəyanət yolunu tutan Kərimlinin sosial bazanın böyüklüyündən, xalqın onlara dəstəyindən danışmağa yenə də üzü vardırmı? Siyasi meydandan uzaqlaşmasının zamanı çoxdan çatsa da, cəsarətsizlik bu ünsürün etirafının vaxtını uzadır. Amma unudur ki, ictimai fikri yayındırmaq, xarici himayədarlarından pul qoparmaq üçün küçələrə çıxmaq ənənəsinə sadiqliyi onun köməyinə gəlmək gücündə deyil. Ən azından dünənki iflas bir daha bu məxluqun sosial bazasının hansı səviyyəsizlikdə olmasını nümayiş etdirdi.

Belə aksiyalara xaricdən aldığı qrantlar naminə rəvac verən, millətə faydalı, konstruktiv heç nə təklif edə bilməyən, sosial dayaqlarını çoxdan itirən adı olub, özü mövcud olmuyan partiya sədrini nə dövlətçiliyimiz maraqlandırır, nə də son illər beynəlxalq aləmdə atılmış uğurlu addımlarımız. Xarici havadarlarının sifarişlərini yerinə yetirməyə çalışan bu “ şüvən lider” yalnız bir xəbis niyyətin marağındadır: dağıdıcılıq, sabitliyin pozulması yolu ilə antiazərbaycan dairələrin yardımından istifadə edərək qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirmək.

Şübhəsiz, xalqın iradəsi ilə bu niyyətdə olanların arzusu hər zaman gözlərində qalacaq. Başqa sözlə desək, zaman artıq küçə müxalifətinin hökmünü verməkdə, onlara yerini göstərməkdədir. Cəmiyyətimizdə dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq. Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, artıq xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri




Baxış sayı: 1 852
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30