FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türkiyədə yazıçı Sabir Şahtaxtının “Azadlıq türküsü” romanının imza günü keçirilib
21-10-2019, 09:35 | MƏDƏNİYYƏT
Türkiyədə yazıçı Sabir Şahtaxtının “Azadlıq türküsü” romanının imza günü keçirilib

Yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının Türkiyədə “Azadlıq türküsü” kitabının imza günü keçirilib.

APA-nın Türkiyə bürosunun məlimatına görə, Ankarada “ATO CONGRESİUM” mərkəzində keçırilən kitab sərgisində dünya ədəbiyyatı nümunələri arasında yer alan “Azadlıq türküsü” müəllifin Türkiyə türkcəsində dərc olunan 7-ci kitabıdır.

Sabir Şahtaxtı APA-ya açıqlamasında bildirib ki, kitab Azərbaycan türkcəsində keçən il “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf olunaraq çap olunub. “Azadlıq nəğməsi” vətənini ən ali hislərlə sevən iki gəncin - Şahvə və Şölənin eşq hekayəsidir. XX əsrdən günümüzə qədər Azərbaycanda baş verən faktlar obrazlı şəkildə verilib. Buna baxmayaraq, təkcə Azərbaycan və ya Türkiyənin deyil, vətənini, dövlətini, xalqını sevən hər bir milətin nümayəndəsi bu kütabda özünü tapa bilir. Şahvə və Şölənin biri-birinə, ailələrinə, vətənlərinə o qədər ülvi hisləri var ki, onların qəlblərində nifrətə yer yoxdur. Bu baxımdan da roman dünyəvi hesab oluna bilər”.

Avropa Yazarlar Birliyinin nəşri olan kitab 2 min tirajla dərc olunub, amma oxucu auditoriyası topladığına görə, müəllif bildirib ki, təkrar nəşri gözlənilir: “Roman Türkiyədə maraqla qarşılanıb. Adətən kitab təkrar nəşrə o halda gedir ki, nəşriyyatın proqnozlarını doğruldur və oxucu auditoriyası qazandığına görə, daha yüksək tirajla çap olunur. Mənim üçün sevindirici məqam da odur ki, TÜRKSOY da 50 illik yubileyim münasibətilə bu kitabın Türk versiyasını min tirajla paralel olaraq çap edib. Kitabın ayrıca təqdimetmə mərasiminin olacağı da gözlənilir”.

Müəllif 21-ci kitabı olan “Azadlıq türküsü”nün tirajı artdıqca daha çox oxucu rəğbəti qazanacağına ümid etdiyini deyir: “Bu kitabda bütün proseslərə obyektiv olaraq yanaşılma var və əsər əvvəlindən sonuna qədər tərbiyəvi xarakter daşıyır. Roman dövlətin vətəndaş üçün nə qədər dəyərli olduğunu təbliğ edir. Azərbaycan tarixində 20 Yanvar faciəsi, 26 Fevral Xocalı faciəsi, 31 Mart soyqırımı, 28 Aprel Azərbaycan Xalq Cümhuriyyətinin işğalı günü kimi tarixi faktların kitabda əks olunması ilə yanaşı, romanın sonu müsbət emosiyalara köklənib. 28 Mayın Azərbaycan xalqının və dövlətçiyimizin tarixində, vətənimizin bütövlüyünün qorunmasında nə qədər əhəmiyyətli bir gün olduğu romanda yer alıb. Hesab edirəm ki, bu tarixi günlərin insanların taleyində rolunu əks etdirmək Azərbaycan ədəbiyyatında bir yenilikdir, həm də bu tarixi faktların bədii əksi, tarixşünaslıq baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, yazıçı Sabir Şahtaxtı AZƏRTAC xəbər agentliyinin Türkiyə Bürosunun rəhbəridir.




Baxış sayı: 1 254
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031