FACT-INFO.AZ » XƏBƏR » YAP Pirallahı rayon təşkilatının toplantısı keçirilib
18-10-2019, 17:45 | XƏBƏR
YAP Pirallahı rayon təşkilatının toplantısı keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis Konfransı keçirilib. İclası giriş sözü ilə açan sahibkar Aytən Quliyeva 16 may 2019-cu il tarixində istifadəyə verilmiş " Diamed" şpris istehsalı zavodunun ölkəmizdə qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olduğunu vurğuladı.

Bildirildi ki, İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında qeyd etdi ki, 1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. Bildirildi ki, bu gün siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir. Yaranmış sabitlik imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Dünya birliyinə sürətlə inteqrasiya edən gənc, müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirir.

Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması, gənclərə diqqət və qayğı həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Çıxışınnın sonunda Hikmət Şikarov Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəaliyyətindən danışaraq qeyd etdi ki, Pirallahı rayonunun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərin keçirilməsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz aktivliyi ilə seçirilir. " Diamed" şpris istehsalı zavodunun bir qrup əməkdaşının müraciəti əsasında yaradılan ilk partiya təşkilatının üzvlərinə qarşıda gələn Bələdiyyə seçkilərində fəal iştirak etməsi tövsiyyə olundu.

Səsvermə yolu ilə "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova YAP Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının sədri, "Diamed" şpris istehsalı zavodunun icraçı direktoru Nurəddin Abbasov isə ilk partiya təşkilatı sədrinin müavini seçildilər.

"Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının sədri Samirə Hüseynova və "Diamed" şpris istehsalı zavodunun icraçı direktoru Nurəddin Abbasov çıxış edərək onlara göstərilən yüksək etimada görə Konfrans iştirakçılarına minnətdarlqlarını bildirdilər. Konfransın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov yeni yaranmış ilk partiya təşkilatının üzvlərini təbrik edərək siyasi fəaliyyətlərində uğurlar arzuladı.




Baxış sayı: 1 247
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30