“Qırğızıstanın Türk Şurasına sədrliyi başa çatır. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan təşkilata tamhüquqlu üzv olub, Macarıstana müşahidəçi statusu verilib”.
Məlumata görə, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Qırğızıstanın Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu xatırladan Prezident bildirib ki, Türk Şurasına üzv dövlətlərin Ümumi Daxili Məhsulu (ÜDM) 1,5 trilyon dollar təşkil edir.
S. Jeenbekov qeyd edib ki, Qırğızıstan Türk Şurasında sədrliyi Azərbaycana ötürür: “Mən fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan dünya siyasətində vacib yer tutur. Biz qardaş Azərbaycanın Türk Şurasına sədrliyi dövründə iqtisadiyyat, nəqliyyat və digər sahələrdə irəliləyişə nail olacağımıza inanıram”. (APA)
Baxış sayı: 1 044
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

