FACT-INFO.AZ » SİYASƏT » İsrailli politoloq: İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
14-10-2019, 07:10 | SİYASƏT
İsrailli politoloq: İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə xatırlatdı ki, Ermənistanda Üçüncü Reyx rejiminin əlaltısı qəhrəman kimi qələmə verilir.

RİA Novosti yazır ki, iki ölkənin liderləri arasında bu mövzuda diskussiya oktyabrın 11-də MDB ölkələrinin dövlət başçılarının zirvə görüşündə olub. İlham Əliyev qeyd edib ki, MDB ölkələrinin rəhbərləri Adolf Hitlerin əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsinə dəfələrlə etirazlarını bildiriblər. O xatırladıb ki, Yerevanda məşhur millətçi Qaregin Njdeyə heykəl qoyulub.

Azərbaycan Prezidenti vurğulayıb: “Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub.

...Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin məruzəsindən də sitat gətirib. Həmin sənəddə Njdenin nasistlərlə əlbir olması və onun sovet hakimiyyəti orqanları tərəfindən həbsə alınması təsdiqlənir.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut AZƏRTAC-a müsahibəsində deyib: “Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət etdi, MDB ölkələrinin bütün prezidentləri arasında birinci olaraq məhz İlham Əliyev Ermənistanın baş nazirinin üzünə dedi ki, Ermənistanda artıq neçə ildir faşist və antisemit Qaregin Njdeni qəhrəman kimi qələmə verməklə məşğuldurlar”.

İsrailli ekspertin sözlərinə görə, heç kəs xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmir. Arye Qut deyib: “Lakin biz susmamalıyıq. Prezident İlham Əliyevin MDB zirvə görüşündə əsl həqiqəti deməkdən özünü saxlaya bilmədiyi kimi. Dəhşətli Holokost cinayətlərində əli olan insanlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq.

Üç il bundan əvvəl Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz, israillilər necə münasibət bildirməliyik? Ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canisini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır. Bu, Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır”.

Qutun sözlərinə görə, XX əsrin sonu – XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə məhv edilməsi və qətlə yetirilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların mənbəyi olub, bütün başqa problemləri üstələyib. Holokost yəhudi xalqı üçün dəhşətli və dözülməz sözdür. Bu, vəhşiləşmiş və quduzlaşmış faşist rejimi tərəfindən yəhudi xalqına iztirablar, onun alçaldılması, təhqir edilməsi, vəhşilik, barbarlıq, bu xalqın kütləvi şəkildə məhv edilməsidir. Azərbaycan Prezidenti haqlı olaraq Njdeni faşist və Hitlerin əlaltısı adlandırdığı halda Ermənistanın baş naziri onu Ermənistanın qəhrəmanı adlandırır.

Nasist Almaniyası tərəfindən törədilmiş dəhşətlər barədə öz gənclərinə səylə xəbərdarlıq edən müasir Almaniyadan fərqli olaraq, bütövlükdə müasir Ermənistan cəmiyyətinin böyük qüsuru ondan ibarətdir ki, orada Dro və Njde kimi erməni faşistlərin şəxsiyyətinə pərəstiş təbliğ edilir. Arye Qut deyir: “Onların şərəfinə sikkələr zərb edilir, onlara abidələr ucaldılır, onların həyat və fəaliyyəti barədə filmlər çəkilir, guya onlar əsl xalq qəhrəmanlarıdır. Mən baş nazir Paşinyana xatırlatmaq istəyirəm ki, İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddarlığı tarix heç vaxt unutmayacaq. Məhz erməni faşist komandiri general Dronun və Njdenin rəhbərliyi ilə ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər”.

İsrailli ekspert bir məlum faktı da vurğulayır ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb. Ekspert vurğulayır: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbə naminə və faşizm üzərində qələbə qazanılmasına böyük töhfə verib. Bu müharibədə əksəriyyəti yəhudilər olan çoxsaylı qaçqınlar və məcburi köçkünlər Azərbaycanda sığınacaq, sonra isə Vətən tapıblar. Onların arasında mənim ailəmin üzvləri də olub. Onlar Azərbaycan xalqının humanistliyi və tolerantlığı sayəsində xilas olublar”.

Arye Qut vurğulayır ki, “Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçı Həmzə Cümşüd oğlu Sadıqovun göstərdiyi qəhrəmanlığı nümunə kimi xüsusi qeyd etmək lazımdır. O, Stalinqrad ətrafında sovet hərbi kəşfiyyat dəstəsinin heyətində Hitlerin ən yaxın məsləkdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudi uşaqlarını şəxsən məhv etmiş general İohann fon Roddenburqu əsir götürüb.

İsrailli ekspert Arye Qut vurğulayır: “İnsan libasında olan bu vəhşini Hitlerin “bioloji bombasının atası” adlandırırdılar. O, yəhudi uşaqları üzərində eksperimentlər aparırdı. Məhz azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqların xilaskarı oldu, onun cəsarəti və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölümdən qurtuldu. Uzun illər boyu Sadıqovun adı unudulmuşdu. Tarix dərsliklərində onun adına rast gəlmək olmurdu. Memuar ədəbiyyatında nadir hallarda xatırlanırdı və praktiki olaraq, heç kəs onun barəsində bilmirdi. Bu gün arxivlərin çoxu açılıb və az qala unudulmuş adlar açıqlanıb. Bu şəraitdə Həmzə Cümşüd oğlu Sadıqovun adı da yenidən bizimlə yanaşı çəkilir.

Həmzə Sadıqov Azərbaycana, doğma Ağdam rayonuna qəhrəman kimi qayıdıb. Hazırda bu qəhrəmanın məzarı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisindədir. Ürəkağrısı ilə düşünürsən ki, yəhudi uşaqlarını faşistlərdən xilas etmiş qəhrəman özü erməni faşistlərinin tapdağı altındadır. Bunlar alman faşistlərindən heç nə ilə fərqlənmir. Azərbaycanın Xocalı şəhərində və yaxınlıqda yerləşən digər işğal edilmiş Azərbaycan rayonlarında uşaqları qətlə yetiriblər. Sadıqovun məzarı məsələsinə gəldikdə isə, bizdə olan məlumata görə, erməni vandallar bu qəhrəmanın məzarını dağıdıblar”.

MDB ölkələrinin dövlət başçılarının sammitində Azərbaycan Prezidentinin Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi barədə dedikləri real faktdır. İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi.

İsrailli ekspert deyir: “Bu gün artıq sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəmanlar kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Cənubi Qafqazın bu ölkəsində faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi və hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir”.

Arye Qut vurğulayır: “Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz necə münasibət bildirməliyik? Ölkə bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham edilmiş faşist canini öz qəhrəmanı adlandıra bilərmi?

Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır. Məhz bu səbəbdən mənim üçün bu, həm də şəxsi faciədir”.

İsrailli ekspert qeyd edir ki, müasir Ermənistanın bu siyasətini gec işə düşən bomba adlandırmaq olar, çünki belə ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terrorizm işini davam etdirəcəklər. Ermənistan hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr edilib, onun haqqında film çəkilməsi bir neçə milyon ABŞ dollarına başa gəlib. Görün, Ermənistanda ABŞ-ın və Rusiyanın maliyyə yardımını nəyə xərcləyirlər – nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına. Ermənistanın bu cür dövlət siyasəti İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlar, xüsusən faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına hədsiz hörmətsizlik nümunəsidir. Arye Qut ritorik sual verir: “Yəni doğrudanmı ermənilərin faşist Njde və Drodan başqa qəhrəmanları olmayıb?”




Baxış sayı: 1 036
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031