FACT-INFO.AZ » SİYASƏT » Leyla Abdullayeva: Ermənistan XİN-in “xalqların sülhə hazırlanmasından” danışması riyakarlıqdan başqa bir şey deyil
7-10-2019, 09:30 | SİYASƏT
Leyla Abdullayeva: Ermənistan XİN-in “xalqların sülhə hazırlanmasından” danışması riyakarlıqdan başqa bir şey deyil

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı ilə əlaqədar yaydığı açıqlamaya münasibət bildirib. Leyla Abdullayeva deyib: “Əvvəlcə onu vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti “Valday” beynəlxalq toplantısında çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri və Ermənistan tərəfinin əsassız iddialarına cavabı tam aydın və konkret şəkildə ifadə etdi. Ermənistan tərəfinin tez-tez səsləndirdiyi və guya ki, Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi ilə bağlı tamamilə yalan bəyanatlarına cavab olaraq, Bolşevik partiyasının Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına istinad edilərək, burada Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verildiyi, ermənilərin yalandan iddia etdiyi kimi, heç də “Dağlıq Qarabağın Azərbaycana verilməsi” ifadəsinin işlədilmədiyi qeyd olundu. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması, ölkəmizin ayrılmaz hissəsi olması ilə bağlı tam həqiqət dövlətimizin başçısı tərəfindən qəti şəkildə ifadə edildi.

Ermənistan siyasi rəhbərliyinin son zamanlar münaqişənin həlli üzrə yeni formula kəşfi kimi qələmə verməyə çalışması və bu xüsusda, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi ilə əlaqədar qeyd etmək istərdik ki, dövlətimizin başçısı tərəfindən “Dağlıq Qarabağ xalqı” anlayışının olmadığı, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin olduğu tam əsaslı şəkildə “Valday” beynəlxalq forumunda vurğulandı.

Münaqişənin həlli üzrə uzun illərdir ki, aparılan danışıqların əsas prinsipləri və elementləri hamıya bəllidir və onlar, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında, o cümlədən bu ilin 9 mart tarixli bəyanatında açıq şəkildə ifadə olunub. Hər hansı yeni və əsası olmayan “kəşflər” prosesin irəli aparılmasına heç də yardımçı olmur, xüsusilə də əgər burada söhbət faktları və mövcud həqiqətləri məqsədyönlü şəkildə təhrif etməkdən gedirsə. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin münaqişədən əvvəl birgə yaşayan azərbaycanlı və erməni əhalisi var, burada hər hansı “xalq” anlayışını işlətmək yalnız özü-özünü aldatmaqdır. Çünki belə bir anlayış mövcud deyil.

Erməni terror təşkilatı “ASALA”nın rəhbərlərindən biri olan Monte Melkonyanı milli qəhrəman elan edərək, terrorçuların dövlət səviyyəsində qəhrəmanlaşdırılması siyasətini aparan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər bütün beynəlxalq ictimaiyyətə bəllidir. 1992-ci il Xocalıda dinc sakinlərə qarşı törədilmiş soyqırımı, 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovun snayperlə öldürülməsi, 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın “oyuncaq tələsi” ilə qətlə yetirilməsi, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin və mülki obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması və 6 nəfər mülki şəxsin həlak olması, 2017-ci ilin iyul ayında 2 yaşlı körpə Zəhranın və nənəsinin qətlə yetirilməsi, bir neçə gün öncə dövlət sərhədinə yaxın ərazidə ekskavator sürücüsünün öldürülməsi və digər bu kimi vəhşiliklər Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğal və terrorçuluq siyasətinin bariz nümunələridir. Mülki azərbaycanlıların qəsdən hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir. Bu siyasətin əsasını etnik nifrət, irqi ayrı-seçkilik və ksenofobiya təşkil edir.

Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, habelə Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti əslində yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı törədilən bir vəhşilikdir.

Bütün bu qeyd edilənlər fonunda Ermənistan rəhbərliyinin nə dəyərlərdən, beynəlxalq öhdəliklərdən, nə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur. Bolşevik diktaturasına bənzər şəkildə inqilabi diktatura rejimi qurulan Ermənistanda hər hansı demokratiyadan danışmaq gülüncdür.

Ermənistanın müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” deyə bəyanatla çıxış etməsi, digər yüksək vəzifəli rəsmi şəxsin bir qarış Azərbaycan torpağı azad edilməyəcək deməsi, baş nazirin isə Azərbaycan ərazilərinin anneksiyasına çağırması halında, Ermənistan XİN-in “xalqların sülhə hazırlanmasından” danışması riyakarlıqdan başqa bir şey deyildir. İlk növbədə, Ermənistan rəhbərliyinin sülhə hazırlanmasına ehtiyac vardır.

Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun aktı, beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

“Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.

Ermənistanın siyasi rəhbərliyi yalançı, populist və demaqoqik düsturlara vaxt sərf etmək əvəzinə, münaqişənin həlli ilə bağlı real addımlar atmalıdır”.




Baxış sayı: 1 100
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031