Reportajda Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədini daşıyan festivalın Azərbaycanda ikinci dəfədir təşkil olunduğu bildirilir. Vurğulanır ki, genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir: sənətçilər, filosoflar, musiqiçilər və müxtəlif ölkələrin qiraətçiləri Bakıda bir araya gəlib.
Reportajda yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixael Hessinin fikirlərinə də yer ayrılıb. Qeyd olunur ki, Nəsiminin mürəkkəb düşüncələri qısa və gözəl şəkildə çatdırmaq bacarığı gənc şairləri ilhamlandıra bilər.
Diqqətə çatdırılır ki, tədbirlərin bir hissəsi Nəsiminin vətənində - Şamaxıda baş tutub. Festival zamanı Bakıdakı İçərişəhərdə isə yerli sənətkarların konsertləri təşkil olunub. Müəllif Akademik Milli Dram Teatrında səhnəyə qoyulan qeyri-adi tamaşanın şahidi olduğunu da yazır.
Süjetdə Fransa, Çin və Almaniyadan olan musiqiçilərin də fikirləri yer alıb. Musiqi, poeziya və rəsm sənət adamlarını bir araya gətirir. Nəsimi festivalına olan maraq belə izah edilir.
Baxış sayı: 1 056
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

