Görkəmli ictimai xadim, yazıçı-publisist Əhməd Ağaoğlunun 150 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş “Mən kiməm?” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.
Azərbaycanın ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş Əhməd Ağaoğlunun zəngin yaradıcılığı ilk dəfədir ki, müasir oxucuya geniş və əhatəli şəkildə təqdim olunur.
Kitaba xadimin, təxminən, 40 il ərzində Qərbi Avropada, Rusiya, Azərbaycan və Türkiyə Cümhuriyyətində çap olunmuş əsərlərindən nümunələr daxil edilib.
Kitabın tərtibçisi və ön sözünün müəllifi – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.
Kitab Əhməd Ağaoğlunun ictimai-siyası, ədəbi irsinə dərindən yiyələnmək istəyənlər, əlaqədar tədris-tədqiqat sahələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Baxış sayı: 1 346
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

