FACT-INFO.AZ » SİYASƏT » Rafael Hüseynov: Avropa Şurasının qətnamələri kağız üzərində qalmamalıdır
1-10-2019, 07:45 | SİYASƏT
Rafael Hüseynov: Avropa Şurasının qətnamələri kağız üzərində qalmamalıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günündə Büro və Daimi Komitənin İnkişaf Hesabatı ilə bağlı məruzə dinlənilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək qurumun fəaliyyətindəki bir sıra prinsipial məsələlərə münasibət bildirib. R.Hüseynov əvvəlcə erməni deputatların iftira və yalanlarla dolu fikirlərinə münasibət bildirərək deyib: “Avropa Şurası mütəmadi olaraq, onun tribunasından nifrət saçan, qərəzli çıxışlar üçün istifadə etməməyə çağırışlar edib. Lakin təəssüf ki, Ermənistandan olan deputatlar həqiqətlə daban-dabana zidd olan, başdan-ayağa dezinformasiyadan ibarət bəyanatları ilə növbəti dəfə həmin çağırışa zidd gedirlər. Avropa Şurasında belə pozucu davranışlara yer olmamalıdır və mən erməni həmkarlarımızın çıxışlarındakı bütün saxta müddəaları tamamilə rədd edirəm!”.

Rafael Hüseynov bildirib ki, payız sessiyası çərçivəsində Avropa Şurasının 70 illiyi təntənə ilə bayram ediləcək. Hər sessiyanın əvvəlində dinlənilib müzakirə edilən inkişaf hesabatı keçilmiş yaxın yolun təhlili, dünənlə bu gün arasında körpü deməkdir. 70 illik uzun bir yol başa çatıb, Avropa Şurası böyük yolunun yeni on illərini addımlamaq əzmindədir. Ona görə də bu gün yalnız keçilmiş yaxın yola, ötən sessiyadan bəri görülən işlərə deyil, bütövlükdə təşkilatın yoluna qiymət vermək zərurəti yaranır. Təşkilatın bundan sonrakı inkişafı üçün hansı təcrübələri davam etdirməli, nələrdən imtina etməliyik?

AŞPA sədrinin sessiyadan öncə Azərbaycana etdiyi və nəticələri yüksək dəyərləndirilən səfərinin təfərrüatlarına toxunan Rafael Hüseynov bir mühüm məqamı yada salıb: “Sessiya ərəfəsində AŞPA sədri Lilian Paskiye Bakıda idi və çox əhəmiyyətli görüşlər keçirdi. Həmin görüşlərdən birində onun söylədiyi bir fikir çox diqqətəlayiqdir və zənnimcə, Assambleya üzvü olan hər bir deputat, eləcə də hər dövlət fəaliyyətini həmin prinsip üzərində qursa, uğurlara həmişə daha yaxın olarıq. Hamımız üçün eyni olan vəzifə və öhdəliklər var, bir də bizi daim müşayiət edən şərait, subyektiv amillər mövcuddur. L.Paskiye diqqətə çatdırdı ki, heç vəchlə subyektiv, hətta obyektiv səbəblər təməl öhdəliklərin yerinə yetirilməməsi üçün bəhanə ola, əsas götürülə bilməz.

Lakin bu, elə vacibdən vacib şərtdir ki, ona eyni səliqə ilə hər üzv dövlət əməl etməli olduğu kimi, Avropa Şurası da hökmən riayət etməlidir. Vəzifə və öhdəliklər birtərəfli deyil, qarşılıqlıdır. Hər iki tərəf tam intizamlı olarsa, hansısa qüsur və istisnalardan, açıq qalan borclardan danışmağa da ehtiyac yaranmaz. Üzv dövlət öhdəlikləri yerinə yetirməyə məsul olduğu kimi, Assambleya da qəbul etdiyi qətnamələrin icrasına, kağız üzərində qalmamasına cavabdehdir. Bu bir tərəzidir. Bir göz əyiləndə, o biri göz də mütləq əyiləcək. İkili standartlar olmasa, prinsiplərə qarşılıqlı şəkildə və hamılıqla ardıcıl əməl edilsə, heç bir üzv dövlət heç vaxt heç bir öhdəliyini icrasız qoymaz və qoya da bilməz”.

R.Hüseynov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, artıq 30 ilə yaxın müddətdə həll edilməmiş qalan, Avropa Şurasının da diplomatik vasitələrlə həllində müəyyən cavabdehlik daşıdığı həssas problemi, bununla əlaqədar qəbul edilmiş məxsusi qətnamələri xatırladıb.

Qeyd edib ki, 15-ci ildir Assambleya bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsini, ona qarşı etnik təmizləmə aparmasını əks etdirən 1416 saylı qətnamə qəbul edib. Hətta bir ara bu qətnamənin icrasına nəzarət edən ayrıca alt komitə də yaradılmışdı. Nəticə olmadı, çünki nəticəni əldə etməyə real cəhdlər göstərilmədi. Ona görə də 2016-cı ildə Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş 2085 saylı qətnamə də elə bu cür icrasız, kağız üzərində qaldı. Elə oxşar səbəbdən də Assambleyada illər boyu icrası düyünə düşən bu cür qətnamələrin sayı durmadan artır və artmaqdadır.

Deputat Rafael Hüseynov Avropa Şurasının özünün bir mötəbər beynəlxalq qurum kimi götürdüyü öhdəliklərə əməl etməkdə ardıcıl olacağı təqdirdə, üzv ölkələrə qarşı daha artıq tələbkar olmaq haqqı və imkanı qazanacağını vurğulayıb. “Avropa Şurası özü vəzifə və öhdəliklərinə lazımi icra qətiyyəti göstərə bilsə, eyni qətiyyəti üzv dövlətlərdən tələb etmək də indikindən qat-qat asan olacaq. Belə olan halda isə hər dəfə bizim hesabatların əvvəlindəki “İnkişaf” sözü daha rəmzi mənada səslənməyəcək, həqiqi nailiyyətlərimizin ifadəsi olacaq”, - deyə R.Hüseynov diqqətə çatdırıb.




Baxış sayı: 1 209
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031