FACT-INFO.AZ » XƏBƏR » Ahıllar Günü ilə bağlı Pirallahı rayonunda görüş keçirilib
30-09-2019, 20:05 | XƏBƏR
Ahıllar Günü ilə bağlı Pirallahı rayonunda görüş keçirilib

Pirallahı rayonunda yaşayan ahıllar, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından danışdı. "BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərlə qeyd edilir. Məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanunu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və son 10 ildə Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır" - deyə bildirildi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ahıl insanlara qayğısından danışdı. " Həqiqətdə ahıllara hörmət və qayğı hər bir bəşər övladının daxilindən gələn əxlaqi dəyərdir. İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını düşünmək isə səhv yanaşmadır. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən

hörmətli, müdrik adamlar hesab olunublar. Qocaların ən böyük sərvəti isə onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür.

1993-cü ildən başlayaraq, hər il oktyabr ayının 1-i respublikamızda "Beynəlxalaq Ahıllar Günü" kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 İyun 2001-ci il tarixində Ahıllara sosial xidmət haqqında Qanun imzalayıb. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək hökumət və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda və digər dövlət proqramlarında ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov gənclərin ahılların həyat təcrübəsindən yararlandırlarını vurğuladı.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək yaşlı insanlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.

Rəsmi hissənin sonunda bir qrup ahıl insan Pirallahı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olundular.

Tədbir Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin " Köhnə Bakı" ansamblının solistlərinin ifasında mahnı və rəqs nömrələri ilə davam etdi.




Baxış sayı: 1 203
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031