FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bakıda unikal beynəlxalq festival
28-09-2019, 16:10 | MƏDƏNİYYƏT
Bakıda unikal beynəlxalq festival

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək ölkəmizdə bu il 650 illiyi qeyd edilən görkəmli mütəfəkkir İməddədin Nəsimi yaradıcılığına həsr edilmiş silsilə tədbirlər haqqında məlumat verib.

Bildirib ki, bu qəbildən olan ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini qeyd edən Ə.Ələsgərov, bu münasibətlə ölkəmizdə və onun hüdudularından kənarda da çoxsaylı tədbirlərin keçirildiyini söyləyib.

Vurğulayıb ki, festival çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) beynəlxalq təşkilatı ilə birlikdə Azərbaycanda ilk dəfə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqres keçirir. Sabah başlayacaq konqresdə dünyanın 30 müsəlman ölkəsindən gəlmiş 50-dən çox sənətkarlar, alim və ekspertlər iştirak edəcək.

Qoruq İdarəsinin rəhbəri vurğulayıb ki, Qız Qalası, Qala divarları, Şirvanşahlar Sarayı zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələridir. Bu abidələrimiz tək xalqımızın deyil, bütün dünyanın irsi hesab edilir: “2020-ci ildə abidələrimizin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 ili tamam olur. İçərişəhərdə tikilmiş abidələrin bir çoxu “Nəsimi epoxası”nın abidələri sayılır. İçərişəhər bizim elə bir canlı tariximizdir ki, burada daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri daim yaşayır və təbliğ olunur. Hazırda qədim şəhərdə əsrlərlə formalaşmış yüksək zövqün nişanəsi olan memarlıq abidələri, incəsənət və mədəniyyət nümunələri dövlət qayğısı altında qorunmaqdadır”.

Konqres və festival iştirakçılarını iştirakçılarına səmərəli fəaliyyət arzu edən Ə. Ələkbərov ölkəmizin tarixinin, mədəniyyətinin beşiyi olan İçərişəhərin festivalda iştirak edəcək hər bir qonağın yaddaşında xüsusi yer tutacağını qeyd edib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi olduqca əlamətdardır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, İmadəddin Nəsimin adı ilə bağlı olan bütün tədbirlər burada iştirak edən hər kəsi mənəvi cəhətdən birləşdirir.

“Biz İçərişəhərin dünənini də, bu günün də görmüşük. Burada belə bir inkişafı, abadlıq-quruculuq işlərini gördükdə insan iftixar hissi keçirir. Mən öz xalqımın tarixi və mədəniyyəti ilə qurur duyuram. Ölkəmiz müstəqillik əldə etdikdən sonra İslama və İslam tarixinə böyük diqqət yetirilib, qayğı göstərilib. Bu gün bu işlərin davam etməsi də göz qabağındadır. Bununla yanaşı, Heydər Əliyev Fondu və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da çox böyük işlər görür. Mən fürsətdən istifadə edib Prezident İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bu işlərdə göstərdikləri böyük dəstəyə görə təşəkkür edirəm”, - deyə Allahşükür Paşazadə söyləyib.

Nəsiminin yaradıcılığının və onun adının dünyada daha da geniş şəkildə təbliğ olunmasında dövlət başçısının xidmətlərini vurğulayan Allahşükür Paşazadə ona rəhbəri olduğu qurumun kollektivi adından minnətdarlığını bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının keçirilməsi böyük mədəniyyət hadisəsidir. Ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkil olunmasına diqqət çəkən nazir vurğulayıb ki, bu tədbirlər yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalır.

“50 il bundan öncə ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Nəsiminin UNESKO səviyyəsində keçirilməsinə qərar verib. Nə gözəldir ki, Ulu Öndərin nəvəsi 50 ildən sonra təkrar Nəsimin adını ucaldaraq onun adını daşıyan festivala təşkilatçılıq edir. Bizim xalq öz mədəniyyəti, ədəbiyyatı və tarixinə hər zaman həssaslıqla yanaşır. Hər zaman da belə olacaq, çünki biz heç vaxt özümüzü bunlarsız təsəvvür edə bilmərik”, - Əbülfəs Qarayev belə deyib.

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresinin əhəmiyyətindən danışan nazir, bildirib ki, bu festival da müasir dövrdə inkişaf edən İslam mədəniyyətinin gələcək inteqrasiyası üçün təsirli bir təkan olacaq.

İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin Baş direktoru Xalid Ərən festivalın əhəmiyyəti barədə danışıb, bu çərçivədə reallaşan “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresinin önəmini vurğulayıb.

Qeyd edək ki, İçərişəhərdə təşkil olunan “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı oktyabrın 4-dək davam edəcək.




Baxış sayı: 1 121
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30