Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd ediblər və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılacağını məmnunluqla bildirib.
Daha sonra tərəflər ATƏT-in Faəliyyətdə olan sədri qismində Slovakiyanın fəaliyyəti, eləcə də qarşıdan gələn Bratislava Nazirlər görüşü barəsində fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü, yüksək səviyyəli tədbirlə bağlı hazırlıq işlərinin görülməsi, Azərbaycanın bu Hərəkata sədrliyi məsələləri ilə bağlı həmkarına məlumat verib.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti, iki ölkənin Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Nyu York görüşü barədə həmsöhbətinə ətraflı məlumat verən Nazir Elmar Məmmədyarov, məhz Ermənistan rəhbərliyinin məsuliyyətsiz mövqeyi və bəyanatlarının danışıqların irəlilədilməsinə ciddi maneə olduğunu vurğulayıb.
Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Baxış sayı: 1 156
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

