İtaliyanın LA VOCE TV və RETEORO televiziya kanallarında günün müxtəlif saatlarında "Səfirliklər və ölkələr" proqramının Azərbaycana həsr edilən buraxılışı nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, buraxılışda proqramın müəllifi və aparıcısı Manulea Biancospinonun Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən aldığı geniş müsahibəsi yer alıb.
Azərbaycan diplomatı ölkəmizin qədim və zəngin tarixi-mədəni irsi, multikulturalizm ənənələri, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində Heydər Əliyev Fondu və səfirliyin birgə tədbirləri, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan-İtaliya əməkdaşlığı, ölkəmizin turizm potensialı və italyan turistlər üçün ölkəmizdə maraq kəsb edən məqamlar barədə danışıb. Veriliş müddətində milli musiqi nümunələrimiz səsləndirilib və ölkəmizlə bağlı videoçarxlar təqdim olunub.
Qeyd edək ki, LA VOCE TV və RETEORO kanallarında ilk dəfə sentyabrın 24-də nümayiş olunmuş "Səfirliklər və ölkələr" proqramının Azərbaycana həsr olunan buraxılışının təkrarı hər gün hər iki kanalda sentyabrın 29-dək göstəriləcək.
Baxış sayı: 1 045
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

