“1994-cü il sentyabr ayını 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə dünyanın enerji sahəsi üçün və qlobal enerji siyasətinin həyata keçirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalanıb”.
APA-nın xəbərinə görə, bunu YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
O bildirib ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” olub:
“Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Azərbaycan yenicə dövlət müstəqilliyini əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında müəyyən səbəblərlə əlaqədar olan və hamıya məlum olan proseslər başa çatmamışdı. Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətin içərisində mühüm yerlərdən biri də Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan üçün əhəmiyyətli olan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, həyata keçirə bildi”.
Baxış sayı: 1 022
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

