FACT-INFO.AZ » SİYASƏT » Birinci vitse-prezident: "Əsas məqsəd insanların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasıdır"
14-09-2019, 15:20 | SİYASƏT
Birinci vitse-prezident: "Əsas məqsəd insanların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasıdır"

"Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun".

Bu fikirləri Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən məktəbin kollektivi ilə görüşdə deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: "Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.

Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.

Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.

Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Siz bilirsiniz ki, Bakı şəhərinin, Bakıətrafı qəsəbələrin, regionların inkişafı proqramları artıq 15 ildən çoxdur həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun. Bunun da əsas məqsədi odur ki, insanların yaşayış səviyyəsi qalxsın. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi, təbriklərimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun".




Baxış sayı: 1 163
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031