FACT-INFO.AZ » XƏBƏR » Dövlət və Xalq öz müdafiəçilərini heç zaman unutmur!
14-09-2019, 07:00 | XƏBƏR
Dövlət və Xalq öz müdafiəçilərini heç zaman unutmur!

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sinin yekunu ilə əlaqədar “DÖVLƏT VƏ XALQ ÖZ MÜDAFIƏÇILƏRINİ HEÇ ZAMAN UNUTMUR!” mövzusunda adiyyəti olan dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid aillərinin birgə iştirakı ilə tədbir keçirildi. Tədbiri, Azərbaycanın Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı.

Sonra layihənin direktoru, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.

Həyata keçirilən layihə çərçivəsində, Bakının, Səbail, Yasamal, Xətai, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhərinin və Astara, Lerik rayonlarının el məzarlıqlarında keçirdiyimiz monitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qurumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.

Həmin məzarlardan biridə, Bakının, Səbail rayonu, Bibiheybət qəsəbəsinin el məzarlığınında dəfn olunmuş şəhid Soltanov Natiq Mayis oğlunun məzarını ictimayyətə göstərmək istəyirəm. Şəhid Natiq Soltanovun hər iki valideyinləri, 2 qardaşı və ailə üzvləri vəfat etdikdən sonra onun məzarı vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalaraq kol-kos basmış, ətrafına isə zibil tulantıları tökülmüşdür. Belə məzərlardanda Sabunçu el məzarığınddada vardır.

Abşeron rayonunun, Xırdalan qəsəbəsində 32 şəhid məzarı tərəfimizdən aşkar edilmişdir ki, onlardanda 7-si Əfqanstanda könüllü getmiş Əfqan qardaşlarımızın məzarlarıdırki, onlarında məzarlarının ətrafı sahibsiz baxmsız qalmışdır. Onların bəzilərinin məzar daş üstlərinin örtük daşları oğrular tərəfindən sökülərək oğrlanmışdır.

Səbail rayon Bibiheybət qəsəbəsinin el məzarlıqında 4 nəfər, Yasamal el məzarlıqında 3 nəfər, Nizami rayon keşlə qəsəbəsinin el məzarlıqında 14 nəfər, Binəqədi rayon el məzarlıqında 7 nəfər, Xəta rayon kənd əhmədli qəsəbəsinin el məzarlıqında 9 nəfər, Sabunçu, rayon el məzarlıqında 8 nəfər, Abşeron rayon el məzarlıqında 32 nəfər və regionlardan isə Şirvan şəhər el məzarlıqında 18 nəfər, Astara rayon el məzarlıqında 7 nəfər şəhid məzarı keçirdiyimiz manitorinqlər zamanı aşkar edərək onların vəziyyətlərinə baxış keçirilmişdi. Şəhid məzarları başqa məzarlardan seçilmir. Çünki, şəhid məzarlarına şəhid olmaları barəsində heç bir fərqlənmə nişanələri, nə bayraq, nədə ki,məzar üstü baş daşlarına nişanələr vurulmayıbdır. Sanki bu şəhidlər vətən uğrunda şəhid olmamışlar.

Bakının, Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz monitorinqlərin zamanı müəyyən etdik ki, el məzarlıqlarında dəfin olunmuş şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələrinin vəziyyəti və onlara adiyyəti qrumlar və vətəndaşlar tərəfindən diqqət-sayğı ən yaxşısı olaraq Nizami, Binəqədi, Lerik (Rvarud kendi) rayonlarında, ən pis vəziyyət isə Səbail, rayonu və Şirvan şəhəridir.

Xususi ilə qeyr etmək istəyirəm ki, 2 dəfə Prezident Administrasiyasından, Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyinə yazılı surətddə həyata keçirddiyimiz layihənin icra olunmasına dəstək vermək üçün tapşırılsa da, təəssüflər olsun ki, Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyi və Bələdiyyə rəhbərliyi belə bir əhəmiyyətli layihəyə biganə yanaşaraq heç bir köməklik göstərmədilər.

Layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə, Bakının, Səbail, Yasamal, Xətai, Nizami, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhər və Astara rayon məzarlıqlarında şəhid məzarlarını saatlarla axtardıqdan sonra onların məzarlarını müəyyən edərək, şəhidlərin siyahıları tutlduqdan sonra, el məzarığında dəfin olunmuş şəhidlərin xatirəsini əbədləşdirmək üçü, Şəhidlərin Xatirə Güşəsi yaradılaraq üç rəngli Azərbaycan bayrağımızla bəzədildi.

Lerik rayonunun ucqar dağ kəndi olan Rvarud kəndindən Qarabağ savaşında onlarla igid döyüşçü iştirak edib, onlardan 3 nəfəri – Səxavət Hacıyev, Etiqad Hacıyev və Mübariz Həsənov şəhidlik zirvəsinə ucalıb. Şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyev şəhid qardaşına görə aillərinə dövlət tərəfindən verilmiş 11 min manat vəsaiti hesabına Lerikin Rvarud kəndində Qarabağ və İkinci Dünya müharibəsində şəhid olan rayon sakinlərinin xatirəsini əbədiləşdirmək üçün “Şəhidlər” abidə kompleksinin inşa etmişdir.

Səbail rayonu və Şirvan şəhər İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qurumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur. Bu da, müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.

Həyata keçirilən layihən çərçivəsində həmçinin şəhid aillərinə, 11.000 manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün maarifləndirmə işləri apararaq onlara hüquqi köməklik göstərildi.

Sərraf Oruc çıxışının sonunda, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin həyata keçməsində təşkilatı işlərdə yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinova, şöbənin müfəttişi Rövşən Nəcəfova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi polkovnik Valeh Nəcəfova,"Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyevə və Şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyevə öz təşəkkürünü bildirdi.

Sonra tədbir iştirakçılarından, “Şəhid Aillərinin Hüquqlarının Müdafiəsi” Birliyinin sədri Rəvşən Ağamaliyev, Respublika Şəhid aillərinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, Vətən müharibəsi Veteranlar birliyinin Səbail şöbəsinin sədri İlham Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı mayor Fuad Quliyev, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, Respublika Vetranlar Təkilatının Nərmanov şöbəsinin sədri ehtiyatda olan polkovnik Elşad Şabanov, 20 yanvar Cəmiyyəti birliyinin sədri Soltan Əzimzadə, “Milli Qəhramanların Tantma” Birliyinin sədri Elşən Uluxanlı, “Qürur Şəhid Ailələrinə Dəstək” Birliyinin sədri Naibə Behbudova, Respublikası Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Firudin Məmmədov, Vətən Müharibəsi Əlillərinə Kömək Birliyinin sədr müavini Məcid Məmmədov, "Beynəlxalq Əlillər Cəmiyyəti" Birliyinin sədri Tahir Xudiyev, “Dünya Ana və Uşaqları” Birliyinin sədri Dünyaxanım Əliyeva, İrak-Azərbaycan Mədəni Əlaqələr Birliyinin sədir müavini Tərlan Salehi, Vətənpərvərlər Cəmiyyəti birliyinin sədri Arif Məhərrəmov və başqa şəhid aiillri, müharibə veteranları çıxış edərək, həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər. Çıxış edənlər öz çıxışlarında bildirdilər ki, “Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.

Bunun üçün Azərbaycanın bütün el məzarlığlarında, Türkiyyə dövlətində olduğu kimi, şəhid məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış xatirə güşələri düzəldilməli və onların üstündə Azərbaycan bayrağı sancılaraq İcara Hakimiyyətləri və Bələdiyyə idarələri tərəfindən daima nəzarətdə saxlanılaraq şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.

Tədbirinin sonunda, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olaraq el məzarlığlarında dəfn olunmuş şəhid məzarlarını təmir olunması və el məzarlığlarının əsas giriş qapsında xatirə güşələrinin düzəldilməsi üçün Dəyirmi masa iştirakçıları adından, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Müraciət qəbul edildi.




Baxış sayı: 1 274
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031