FACT-INFO.AZ » XƏBƏR » Şirvan el məzarlığında Şəhidlərin Xatirə Guşəsi yaradılıb
10-09-2019, 08:50 | XƏBƏR
Şirvan el məzarlığında Şəhidlərin Xatirə Guşəsi yaradılıb

Layihə çərçivəsində Şirvan şəhərində həmçinin, aidiyyati olan, idarələr ilə əməkdaşlıq edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərininə dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik göstərilmişdir.

09 sentiybr 2019-cu il tarixində, Şirvan şəhərində həyata keçirilən layihənin yekunu olaraq, Şirvan şəhər el məzarığında dəfn olunmuş 18 nəfər şəhidlərin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı oldu.

Tədbir ilk öncə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi yad edilərək, onların rühlarına duallar oxundu . Sonra, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.

Bakının, Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz monitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.

Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmaları barəsində məlumatları yoxdur.

Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir. Şirvan şəhər ümumi salınmış Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş 120 nəfər şəhidin və 25 nəfər itgin düşmüş döyüşçünün məzar vardır. Şirvan şəhər el məzarlıqında keçirdiyimiz monitorinqlər zamanı 18 nəfər şəhid məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirilmişdir. El məzarlığında dəfn olunmuş şəhid məzarlarının çoxusunun şəhid olmaları barəsində məzar üstü baş daşlarına heç bir fərqlənmə nişanələri vurulmayıbdır. Sanki bu şəhidlər Vətən uğrunda canlarını fəda verməmişlər. Buna görə, biz layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə, şəhid məzarlarını saatlarla axtardıqdan sonra şəhidlərin məzarlarını müəyyən edərək, onların siyahılarını tutmuşuq. Azərbaycanın bütün el məzarlığlarında, Türkiyə dövlətində olduğu kimi, şəhidlərə yüksək dəyər verilərək, onların məzarları kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşlarında məzarlarının üstündə Azərbaycan bayrağı sancılaraq, onlar İcara Hakimiyyətləri və Bələdiyyə idarələri tərəfindən daim nəzarətdə saxlanılaraq, şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır. Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nöqteyi nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.

Sərraf Oruc çıxışının sonunda, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin həyata keçməsində və Şirvan şəhər el məzarığında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəhidlərin xatirələrini əbədləşdirmək üçün düzəldilmiş xatirə güşəsinin düzəlməsində yaxından köməklik göstərdikləri üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinova, şöbənin əməkdaşı Rövşən Nəcəfova, Qarabağ müharibəsi veteranları Rasim Canaliyevə, Yusifəli Orucova və Şirvan şəhər el məzarlıqının əməkdaşları Kərbəlayi Muxtar Cabbariyə, Əli Əzizova öz təşəkkürünü bildirərək, Fondun Fəxri–Fərmanı ilə təltif etddi.

Sonra, tədbir iştirakçılarından, şəhid ailləri və müharibə veteranları çıxış edərək, həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər. Fact-info.az




Baxış sayı: 1 753
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031