Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur.
Fact-info.az trend-ə istinadən məlumat verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, bu gün YAP-ın ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.
Baş nazirin müavini əlavə edib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil: “Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”.
Baxış sayı: 1 117
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

