Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ceyms Layl Şarpı qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov səfiri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıldı və tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.
C.L.Şarp Azərbaycana təyin olunmasından məmnun olduğunu və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir E.Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1 122
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media
Azerbaijan’s Defense Minister meets with military attachés
15th International Music Festival kicks off in Gabala
Chinese Ambassador: WAICO to advance the safe and equitable development of AI
Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces

