FACT-INFO.AZ » XƏBƏR » Türkiyədə Ermənistanda Tələt Paşanı təhqir edən heykəlin qoyulmasına etiraz
3-09-2019, 11:30 | XƏBƏR
Türkiyədə Ermənistanda Tələt Paşanı təhqir edən heykəlin qoyulmasına etiraz

Türkiyənin Vətən Partiyasının Gənclər Təşkilatının sədri Özgür Bursalının rəhbərliyi ilə bu gün Ankarada etiraz aksiyası keçirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, etiraz aksiyasına Osmanlı dövlətinin baş naziri Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılması səbəb olub.

Ankaranın Ulus rayonunda Atatürkün abidəsi önündə keçirilən tədbirdə çıxış edən gənclər bildiriblər ki, erməni soyqırımını yalanlayan Tələt Paşanı Berlində 1922-ci ildə xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə həqarətdir, açıq-aşkar təxribatdır.

“Tehliryan terrorçu, Tələt Paşa hürriyyət qəhrəmanıdır” şüarını səsləndirən gənclər dövlət və qeyri-dövlət təşkilatlarına və dünya ictimaiyyətinə çağırış ediblər:

“Biz Vətən Partiyasının gəncləri olaraq söz veririk ki, Tələt Paşanın başını yerdə qoymayacağıq. Bu heykəl millətlər arasında kin və nifrəti püskürdür. Terrorçu heykəli ucaltmaqla Tələt Paşanı aşağılaya bilməzlər. Böyük hürriyyət qəhrəmanı Tələt Paşa tarixdəki şanlı yerini çoxdan qazanıb. O, bu torpağın yetişdirdiyi ən böyük fədailərdən, vətənsevərlərdən biridir.

İmperialist dövlətlər “parçala və hökm sür” niyyəti ilə yenə də xalqlar arasına nifaq salma əməllərindən əl çəkmirlər. Partiyamızın rəhbəri Doğu Perinçek bu yalanları Avropa İnsan Haqları Məhkəməsində sübuta yetirdi. Buradan Türkiyə Cümhuriyyətinin Prezidentini, xarici işlər naziri və digər hökumət rəsmilərini bu nifrət heykəlinin məhv edilməsi üçün hərəkətə keçməyə çağırırıq”.

Qeyd edək ki, dünən Dünya Azərbaycanlıları Platformasının (DAP) Ankarada təşkil etdiyi "Dünya azərbaycanlılarının Türkiyə görüşü" adlı konfransında Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılması ilə bağlı sərt fikirlərini bildirib və bütün dünya ictimaiyyətinə müraciət edib.

Tədbirdə Vətən Partiyasının sədrinin çağırışına Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan seçilən millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım da dəstək verib.




Baxış sayı: 1 150
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031