FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Bir gün Qarabağda” adlı muğam konserti
27-08-2019, 09:40 | MƏDƏNİYYƏT
“Bir gün Qarabağda” adlı muğam konserti

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib.

APA xəbər verir ki, Avaxıl kəndi yaxınlığında yaşıllıq ərazidə açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon icra hakimiyyətləri dəstək veriblər.

Azərbaycan mədəniyyəti tarixində muğam ifaçılığının Qarabağ və Şirvan məktəbləri önəmli yer tuturlar. Hər iki məktəbin yetirmələri milli mədəniyyətimizin inkişafına sanballı töhfələr veriblər və bu missiyanı gənc ifaçılar nəsli davam etdirir. Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın qan qardaşı, can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb.

Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılayıblar. Onlar üçün milli və hərbi üslubda xüsusi hazırlanmış geyimlər xüsusilə göz oxşayıb. Gənc könüllü xanımlar baş örtüyü olan kəlağayılardan və araxçından istifadə edib, oğlanlar isə hər an döyüşə hazır olduqlarını göstərən, xüsusi hərbi geyimi xatırladan formada olublar. Geyimlərin məhz bu cür seçilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin tarixi ənənələrinin qorunmasına göstərilən diqqətin bariz ifadəsidir.

Konsertin təşkil edildiyi ərazidə milli-adət ənənələri və xüsusilə əsl kənd həyatını özündə əks etdirən etnoelementlərdən istifadə olunub. Belə ki, ərazidə arabalar, arı yeşikləri, pətəklər, xüsusi zövqlə hazırlanmış saxsı və küp qablar, səhənglər, qədim samovarlar, təndir, bulaq, su quyusu və s. nümayiş olunub. Çobanın qoyun-quzunu yemləməsi, saman tayalarının hazırlanması isə kənd həyatını real şəkildə özündə əks etdirib.

Konsert proqramı zamanı qeyd olunub ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdirilir. Otuz ildir işğalçılıq siyasəti həyata keçirən Ermənistanın xalqımızın Qarabağda əsrlər boyu yaratdığı mədəniyyət abidələrini məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərirlər.

Bir daha diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Hazırda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində geniş miqyaslı tədbirlər həyata keçirilir, indiyədək onlar üçün 104 qəsəbə salınıb. Bu layihələr işğaldan azad ediləcək ərazilərdə də davam etdiriləcək.

Artıq bir neçə ildir ki, 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri sayılan muğama verilən bəşəri dəyərin ifadəsidir. Azərbaycan muğamının şöhrəti artıq bütün dünyaya səs salıb. Tarixin dərin qatlarından bizə gəlib çatan bu mədəni-mənəvi sərvətin qorunub saxlanmasında və daha da zənginləşdirilməsində, muğam sənətinin inkişafı üçün hər cür şərait yaradılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb və beləliklə də, onun dünya miqyasında təbliğinə geniş imkanlar açılıb. Azərbaycanın ərazi bütövlüyü məsələsinin, Qarabağ həqiqətlərinin bütün dünyaya çatırılması Fondun fəaliyyətinin ən mühüm istiqamətidir.

Tədbir iştirakçıları xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.

Konsertdə muğamlarımız Beynəlxalq Muğam Mərkəzinin ansamblının və solistlərinin ifasında çoxsaylı tamaşaçılara təqdim olunub.




Baxış sayı: 1 342
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031