FACT-INFO.AZ » SİYASƏT » Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu
21-08-2019, 20:25 | SİYASƏT
Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, danışıqlar zamanı bir çox regional münaqişələrə toxunulub.

"Rusiya və Fransa prezidentlərinin danışıqları tutumlu, konstruktiv və inamlı keçib. Görüşlərin əsas müzakirə mövzusu "Normandiya formatı" sammitinin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də iqlim və Arktikanın mənimsənilməsi olub", - deyə o qeyd edib. D. Peskov danışıqların ümumilikdə müsbət keçdiyini də vurğulayıb.

V. Putin və E. Makron görüşündə əsas müzakirə mövzusu “Donbas problemi” olub. Prezidentlər Ukraynanın iştirakı olmadan, Ukraynanın taleyini müzakirə ediblər. Rusiya Donbas problemində münaqişə tərəfidir, odur ki, beynəlxalq münasibətlərə görə Donbasa hansı statusun verilməsi Kiyevin iştirakı olmadan müzakirə edilə bilməz.

İki liderin danışıqlarında Qarabağ münaqişəsinə epizodik toxunulması isə təəssüf doğurur. Nəzərə alsaq ki, hər iki ölkə ATƏT-in Minsk qrupunun üzvüdür, Ermənistan isə son zamanlar açıq şəkildə danışıqları pozur, həmsədr ölkələrin liderlərinin görüşündə bu məsələnin səthi müzakirə edilməsi anlaşılan deyil. Görünən budur ki, Qarabağ danışıqlarında vasitəçi olan ölkələr üçün də Ukrayna və Suriya böhranı daha önəmlidir, bu baxımdan Qarabağ məsələsi arxa plandadır. Fransa və Rusiya bir daha nümayiş etdirir ki, əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli onlar üçün prioritet deyil. "Status-kvo" Moskva və Parisə sərf edir, odur ki, “görüş zamanı Qarabağ münaqişəsi müzakirə edildi” cümləsi ilə kifayətlənirlər. Putin və Makron arasında müzakirə edilən Donbas problemindən fərqli olaraq, Qarabağla bağlı müzakirənin detalı açıqlanmır və bu fakt həmsədr ölkələrin münaqişəyə etinasız yanaşmasının daha bir sübutudur.

İki həmsədr ölkə - Rusiya və ABŞ danışıqlarla bağlı hər nə qədər imitasiyaya oxşasa da, ara-sıra aktivlik nümayiş etdirir, Avropa İttifaqını təmsil edən Fransanın isə nədənsə fəallığı görünmür. Bunu Avropa İttifağı ilə ABŞ arasında mövcud fikir yaxınlığı kimi də dəyərləndirmək mümkündür.

Buna baxmayaraq, münaqişə ilə bağlı aparıcı rol Rusiyaya məxsusdur. Belə görünür ki, istər ABŞ, istərsə də Avropa İttifaqı bu məsələdə Rusiyanın aparıcı rolunu qəbul edir. Yəni digər konflikt zonalarına münasibətdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və Qərb arasında rəqabət yoxdur, əksinə, həmrəylik və əməkdaşlıq mövcuddur, Fransa isə ümumiyyətlə, bu məsələ ilə maraqlanmır. Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri arasında ən az təsir imkanlarına malik olan ölkədir. Avropa İttifaqında Fransa ilə müqayisədə Almaniya daha önəmli mövqeyə malik olsa da, məhz Fransanın Minsk qrupunda həmsədr olması Azərbaycana təzyiq məqsədlidir. Məlumdur ki, Almaniyanın həmsədr ölkə olmasını Bakı arzulayırdı, buna Ermənistanın etirazları imkan vermədi.

Bu baxımdan, Makron-Putin görüşündən Qarabağ üçün ciddi nəticə gözləməyə dəyməzdi. Ümumiyyətlə, dünyanın aparıcı gücləri Qarabağ münaqişəsini nizamlamağa həvəsli deyil. Münaqişə güc mərkəzlərinin qüvvələrini bölgəyə daxil etmək üçün ən gözəl bəhanədir. 1990-cı illərdə oxşar situasiya keçmiş Yuqoslaviyada yaranmışdı, lakin “Deyton sazişi” ilə tərəfləri sülhə məcbur etdilər. Tərəflərə açıq şəkildə bildirildi ki, razılığı pozan tərəf cəzalandırılacaq.

Bu gün Ermənistan sülhü pozmağa çalışır, vasitəçilər isə susur, heç kəs İrəvanı beynəlxalq hüquqa əməl etməyə səsləmir. ATƏT-in Minsk qrupunun müəyyən təkliflər irəli sürməsi isə danışıqlar prosesini uzatmaq oyunudur və həmin təkliflər sülhün yaranmasına xidmət etmir. Vasitəçilər münaqişə tərəflərinin özlərini Dağlıq Qarabağın statusunu müəyyən etməyə çağırırlar. Lakin Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz. Çünki Ermənistanla müzakirə İrəvana Azərbaycanın daxili işlərinə müdaxilə şansı qazandırır. Əgər Bakı Dağlıq Qarabağın statusunu Ermənistanla müzakirə edərsə, həmin ərazinin mübahisəli olduğunu etiraf etmiş olar. Bakı Dağlıq Qarabağa ən yüksək status təklifini verib, təəssüf ki, münaqişənin başlanmasından 30 il ötsə də, vasitəçilər bu istiqamətdə aydın konsepsiya işləməyiblər.

Makron-Putinin görüşü də göstərdi ki, Fransa və Rusiya “vaxt udmaq” oyununda iştirak edirlər. Hər iki tərəf mümkün olduğu qədər çalışır ki, münaqişəni daha çox öz nəzarətinə alsın və problem həll edilməsin. Bu münaqişə bölgədə nüfuz mənbəyidir. Bir çox oyunçu bu amildən istifadə edib öz mənafeyini önə çıxarmaq məqsədi güdür.

E. Makron və V. Putinin - iki həmsədr ölkənin liderinin son görüşü də göstərdi ki, həmsədrlər institutu ciddi qurum deyil. Həmsədrlər bu münaqişənin həllində hər hansı rol oynamaq fikrində deyil. Anlamaq lazımdır ki, Dağlıq Qarabağ mövzusu həmsədr ölkələrin istədiyi qədər uzadılacaq. Probleminin həll edilməməsi münaqişə tərəflərindən çox, regionda maraqları olan qlobal oyunçuların maraqları ilə bağlıdır. Qlobal oyunçuların maraqları təmin edilməyənə qədər Qarabağ münaqişəsinin dinc yolla həllində uğurların əldə olunacağı ehtimalı yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin "hər şey münaqişə tərəflərindən asılıdır” tezisi də keçərli deyil. Həmsədrlərin vahid mövqeyi olsaydı, onların regionda maraqları təmin edilsəydi, Azərbaycan və Ermənistanı sülh sazişinə razı salmaq o qədər də çətin olmazdı. Həmsədrlərin münaqişənin həlli üçün təsir imkanları və məcburetmə mexanizmləri var. Ən azı BMT Təhlükəsizlik Şurasının qərarları ilə tərəfləri sülh sazişinə təhrik etmək olar. Belə variantların digər münaqişə regionlarında həyata keçirildiyinin dəfələrlə şahidi olmuşuq. Təbii ki, əgər qlobal oyunçular bu barədə öz aralarında razılığa gələ bilərsə, bu, mümkün olardı.

Bu gün Ermənistan məhz həmsədr dövlətlərin fəaliyyətsizliyi səbəbindən mövcud "status - kvo"nun qalmasına nail olur. Ermənistana hər hansı təzyiq göstərilməməsi isə həmsədrlərin vecsizliyinin və sülhün yaranmasında maraqlı olmamasının göstəricisidir. Ermənistan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq.

Hazırda münaqişənin həlli istiqamətində aparılan danışıqlar dalandan çıxa bilmir. Tərəflər arasında sülhə nail olmaq üçün isə danışıqların formatı dəyişməlidir. İlk növbədə, ATƏT-in Minsk qrupu həmsədrliyinə yeni üzvlər qəbul edilməlidir. Hazırkı həmsədrlərdən bəziləri daha çox ermənipərəst mövqedə olduğu üçün yeni üzvlərin qəbulu barədə düşünmək lazımdır. Azərbaycan isə daha çox beynəlxalq hüququn imkan verdiyi savaş variantı ilə öz ərazilərini azad etmək barədə düşünməlidir. Çünki vasitəçilərin və beynəlxalq güclərin davranışları gec-tez bu ssenarini zəruri edir.

APA




Baxış sayı: 1 393
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031