Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “Bayat elinin ziyalıları” filminin təqdim olunub.
Şəhid ailələrinə “Qayğı” İctimai Birliyinin sədri Müşfiq Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilən filmlə əlaqədar məlumat verib, bu sahədə onlara yardım göstərənlərə təşəkkür edib. Layihə rəhbərinin verdiyi məlumata görə, filmin çəkilişləri Ağcabədi və Şamaxı rayonlarında və Bakı şəhərində aparılıb.
Vətən “TV Media şirkəti” tərəfindən çəkilən “Bayat elinin ziyalıları” filmi nümayişindən sonra çıxış edən Prezident təqaüdçüsü Zəridə Rüstəmova, əczaçı Əfqan Cəfərov, Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Əməkdar müəllim Qəzənfər Abbasov və başqaları Bayat elinə daxil olan Ağcabədi rayonunun Boyad, Hacılar, Qaraxanlı, Biləğanlı kəndlərində aparılan çəkilişlər zamanı Dədə Qorqud yurdu hesab edilən qədim yaşayış yerlərinin tarixini, ziyalılarını tanıtmaq baxımından faydalı iş olduğunu bildiriblər.
Baxış sayı: 1 300
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

