Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Q. Berdıməhəmmədov I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Xəzəryanı ölkələrin ərazisinin şərqdə Cənubi Asiya və Asiya-Sakit okean regionuna, qərbdə Qara və Aralıq dənizlərinə, cənubda İrandan keçərək Yaxın və Orta şərqə, şimalda isə Rusiyadan keçərək Baltik dənizinin sahillərinə birbaşa çıxışı var.
Türkmənistan prezidenti qeyd edib ki, belə konfiqurasiya bütün 4 istiqamətdə davamlı marşrutların yaradılması üçün imkanlar açır və onların normal işləməsi üçün Xəzəryanı dövlətlər öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalıdır.
O vurğulayıb ki, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdır.
Baxış sayı: 1 240
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

