Avropa Azərbaycanlıları Konqresi və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları Ermənistanın qanunsuz olaraq avqustun 5-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın həmin tədbirin açılışında bəyanat verərək “Qarabağ – Ermənistandır” söyləməsini şiddətli şəkildə pisləyir və Ermənistan tərəfinin bu cür təcavüzkar bəyanatlar səsləndirilməsinə son qoymalı olduğunu bildirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının bəyanatında Ermənistan rəhbərliyindən BMT-nin 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının qeyd-şərtsiz və dərhal yerinə yetirilməsi tələb olunur.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqına, Avropa Şurasına və ATƏT-ə göndərilib.
Baxış sayı: 1 455
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

