Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.
O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və müraciət yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək.
Xatırladaq ki, erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Dağlıq Qarabağda “Valter” adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransalı aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.
Baxış sayı: 1 288
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

