FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev Qoşulmama Hərəkatının zirvə toplantısına hazırlıqlardan danışdı
1-08-2019, 06:50 | SİYASƏT
Hikmət Hacıyev Qoşulmama Hərəkatının zirvə toplantısına hazırlıqlardan danışdı

"Report"un xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, Zirvə Görüşü müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda təşkil edilən ən mühüm siyasi tədbirlərdən biri olacaq: "Bu, eyni zamanda, 1989-cu ildə keçmiş Yuqoslaviyada keçirilmiş Belqrad sammitindən sonra Avropada təşkil olunacaq ilk Zirvə Görüşü kimi tarixə düşəcək.

Cənab Prezidentin Sərəncamı ilə Zirvə Görüşünün təşkili məqsədilə bu ilin fevralında müvafiq dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsi yaradılıb. Martda təsdiq edilmiş Tədbirlər Planında Zirvə Görüşünün təşkili ilə bağlı həyata keçiriləcək bütün işlər tam təfsilatı ilə qeyd edilib. Tədbirlər Planı 39 bənddən ibarət müfəssəl bir sənəddir. Bildiyiniz kimi, son illər ölkəmizdə çoxsaylı böyük siyasi, iqtisadi, idman, musiqi tədbirləri keçirilib və əminik ki, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə Zirvə Görüşü sözün əsl mənasında bir “uğur hekayəsi” olacaq. Şübhəsiz ki, Zirvə Görüşü, eləcə də sədrlik həm ölkəmizin əldə etdiyi nailiyyətlərin dünyada daha da tanıtdırılması və təşviq edilməsinə öz töhfəsini verəcək, həm də Azərbaycanın QH-da və ümumən dünyada nüfuzunu, çəkisini daha da artıracaq.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının QH-na üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verib. Təsadüfi deyildir ki, QH-nın yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub".

Şöbə müdiri qeyd edib ki, Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində Azərbaycan öz prinsipial, beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti ilə hərəkatın üzv ölkələri arasında böyük nüfuz qazanıb: "Məhz bu nüfuz və etimadın məntiqli nəticəsi kimi 2016-cı ildə QH-na üzv ölkələrin dövlət və hökumət başçılarının XVII sammitində növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycan Respublikasına həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olundu.

Qoşulmama Hərəkatında sədrliyimizin prioritetlərinin hazırlanması prosesi hazırda son mərhələdədir. Detallara varmadan ümumi olaraq qeyd etmək istərdim ki, QH-nın fəaliyyətinin əsaslarını təşkil edən tarixi “Bandunq Prinsipləri”, - o prinsiplər ki, özündə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyətdən və güc tətbiqindən imtina, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların və əməkdaşlığın təşviqi, ədalətə və beynəlxalq öhdəliklərə hörmət kimi prinsipləri ehtiva edir, - tam olaraq Azərbaycan Respublikasının xarici siyasətinin ana xətti ilə uzlaşır. Azərbaycan Respublikasının QH-da sədrliyi zamanı fəaliyyəti, prioritetləri məhz bu təməl prinsiplər üzərində qurulacaq. Məqsədimiz üzv dövlətlərlə birgə QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfəmizi artırmaq olacaq".

"Tərkibində 120 ölkəni birləşdirən QH-da sədrlik etmək çox böyük bir siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşıdan gələn 3 il ərzində bu məsuliyyəti öz üzərinə götürməyə hazırdır və qadirdir.", - H. Hacıyev bildirib.




Baxış sayı: 1 274
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031