FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Bakıya 20 il əvvəlki və indiki səfəri barədə məqalə yazıb
25-07-2019, 10:00 | MƏDƏNİYYƏT
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Bakıya 20 il əvvəlki və indiki səfəri barədə məqalə yazıb

Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu günlərdə Bakıda keçirilmiş UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib.

Trend-in məlumatına görə, 20 il əvvəl isə o, UNESKO-nun eksperti kimi Bakının tarixi hissəsinin – İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESKO-nun Dünya irs siyahısına salınması prosesində iştirak etmiş, ölkəmizin təqdim etdiyi nominasiya ilə bağlı İCOMOS-un hesabatını hazırlamışdı.

Rey Bondin 20 il öncəki xatirələrini və şəhərə budəfəki gəlişi, Dünya İrs Komitəsinin sessiyasında iştirakı ilə bağlı təəssüratını “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə qələmə alıb.

“Bakıya təkrar səfər” adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk səfərini xatırlayaraq deyir ki, o vaxt şəhərin tarixi hissəsini “xilas etmək” üçün gəlmişdi.

“20 il əvvəl ilk dəfə Bakıya gələndə Qız qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə enməli oldum...”, - deyə o, şəhərin bu tarixi simvolu ilə ilk tanışlığından bəhs edir.

“Bu dəfə mən 2 mindən çox insanın iştirak etdiyi UNESKO Dünya İrs Komitəsinin illik toplantısına gəldim. Şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi oldum”.

O daha sonra yazır: “Mən ilk dəfə Bakıya İçərişəhərin UNESKO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESCO-nun məsləhətçisi kimi fəaliyyət göstərən, mütəxəssislərdən ibarət olan İCOMOS təşkilatı köhnə şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi. Bu heç də asan missiya deyildi”.

Rey Bondin məqalədə qeyd edir ki, İçərişəhərin namizədliyi ilə bağlı müsbət hesabatım sayəsində İçərişəhər UNESKO-nun Dünya irs siyahısına daxil edildi: “O vaxtdan bəri və belə bir qısa müddət ərzində Bakı tamamilə dəyişib. Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları sökülərək müasir yaşayış evləri tikilib. Neftçıxarma qurğuları ilə dolu sahilləri xatırlayıram: bu gün isə bura tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar salınıb. Şəhərin hər yerində yaşıllıqların olduğu geniş parklar var”.

Müəllif 20 il əvvəlki hava limanını xatırlayaraq indi burada müasir dizaynlı böyük beynəlxalq aeroport terminalının inşa edildiyini, şəhərdə çoxlu dörd və beş ulduzlu hotellərin olduğunu diqqətə çatdırır.

O daha sonra yazır: “Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər, Bakının İçərişəhərində, digər UNESKO abidələri kimi, hədiyyə və suvenir mağazaları çox olsa da, hər şey zövqlə görülüb. Azərbaycan müsəlman ölkəsidir, çox sakitdir, dini zəmində gərginlik yoxdur. Xristian kilsələri var.

Mülayim iqlimi və təhlükəsizliyi səbəbindən Bakı şəhəri xüsusən Yaxın Şərqdən gələn həm müsəlmanlar, həm də yəhudilər üçün yeni bir turistik məkana çevrilib. Restoranlar çoxdur, qiymətləri də münasibdir...”.

Rey Bondin qeyd edir ki, azərbaycanlılar beynəlxalq konfranslar, Eurovision, BMT toplantıları və Formula 1 kimi böyük tədbirlərə ev sahibliyi etməkdən qürur duyurlar. Bakının müasir memarlığı bəziləri tanınmış xarici memarlar tərəfindən layihələndirilmiş müxtəlif binalardan ibarətdir. Bakı Azərbaycanın yeganə iri şəhəridir, lakin görməli yerlər çoxdur, ölkənin möhtəşəm mənzərələri və çox sayda irs abidələri var. Vətəndaşlar ölkələrinin dəyişməsindən məmnundurlar və aydındır ki, son dəfə ziyarət etdiyim vaxtdan bəri yaşayış səviyyəsi çox yüksəlib.

Sonda müəllif bir daha 20 il öncəyə qayıdaraq, o vaxt Bakıda olduğu ofisin döşəməsindəki qızdırıcı plitəni xatırlayır: “O vaxtdan bəri hər şey dəyişib. Bu gün buradakı ofisdən müasir ofis ola bilməz”.

Rey Bondinin “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə Bakının tarixi və müasir simvolları olan Qız qalasının, Heydər Əliyev Mərkəzinin, eləcə də İçərişəhərin tarixi binalarının fotoları da verilib




Baxış sayı: 1 369
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30