FACT-INFO.AZ » SİYASƏT » "Dünya multikultiralizm nümunəsini Azərbaycan modelində görəcək"
12-01-2016, 09:20 | SİYASƏT
"Dünya multikultiralizm nümunəsini Azərbaycan modelində görəcək"

Bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist, filoloq alim Akif Əli bildirib.

O qeyd edib ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub. A.Əli bildirib ki, Azərbaycanda multikultural ənənələr tarixən mövcuddur: 
"Biz heç kimi millətlərə, etnik qruplara, dini baxışına görə bölmürük. Biz insanlara onların əxlaqına, mədəniyyətinə, mənəviyyatına, intellektinə uyğun olaraq qiymət veririk. Tarixən Azərbaycanda bu cür olub. Azərbaycan ərazisinə müxtəlif cərəyanlar, xalqlar gəlib gediblər, burada müxtəlif millətlərin, dinlərin nümayəndələri yaşamalı olublar. Onlar uzun əsrlər boyu, bir neçə min il ərzində Azərbaycanda tamamilə sülh, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Hələ eramızdan əvvəl yəhudilər Azərbaycana köç edib və Azərbaycanda özlərinə ikinci doğma vətən tapıblar. Onlar artıq üçüncü min ildir ki, yerli əhali ilə xüsusi dostluq, əmin-amanlıq şəraitində yaşayırlar".

A.Əli deyib ki, Azərbaycan bütün bu göstəricilərə görə bəlkə də dünya üçün bir nümunəvi model ola bilər.

Hazırda dünyada dini dözümsüzlüyün, milli mənsubiyyətə görə izlənmə hallarının, iqçilik meyillərinin olduğunu xatırladan yazıçı Azərbaycanda əsrlər boyu bunların heç bir işartısının olmadığını vurğulayıb.

O vurğulayıb ki, Prezidentin bu ili "Multikulturalizm ili” elan etməsi tarixi faktların fonunda bir yekun kimi çox sevindirici haldır: "Qoy, dünya milli-etnik, dini, irqi ayrı-seçkilikdən uzaq durmağın nümunəsini Azərbaycan modelində görsün".

 Qeyd edək ki, bu gün Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.




Baxış sayı: 1 826
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031