Azərbaycan Prezidenti İlham Əliyev Boris Consonu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
“Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur”, - deyə dövlətimizin başçısı məktubda bildirib. Prezident İlham Əliyev məktubda neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd edib. Vurğulayıb ki, enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.
“İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev Baş nazir Boris Consona ən xoş arzularını yetirib, qarşıdakı fəaliyyətində ona uğurlar diləyib.
Baxış sayı: 1 284
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

