APA-nın məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycanda sabitlik, əmin-amanlıq ən mühüm amillərdən biridir: “Dünyada müşahidə edilən təlatümlər, qarşıdurmalar, münaqişələr fonunda Azərbaycandakı sabitlik, insanların təhlükəsizliyi ölkənin üstünlüklərindən biridir. Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıqla qarşılaşmırlar. Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirir. Azərbaycan böyük beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz mövcud resurslarından səmərəli istifadə etməklə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı əldə edir”.
Ə.Əhmədov qeyd edib ki, bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar:
“Biz buna təəssüf edirik. Aparılan kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir".
Baxış sayı: 1 217
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

