FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Möhtəşəm təhsil ocağı
22-07-2019, 12:00 | MƏDƏNİYYƏT
Möhtəşəm təhsil ocağı

Ölkəmizdə incəsənətin bütün sahələrinin inkişafı üçün dövlət tərəfindən mühüm işlər görülür. Təsadüfi deyil ki, hər bir sənət üzrə də Azərbaycanlı sənətkarların sayı az deyil. Istər milli musiqi sənəti olsun, istər opera, balet və digər istənilən sahə üzrə korifey sənətçilərimiz dünyanın ən məşhur salonlarını fəth etməyə qadirdir. Xoreoqrafiya sahəsində də uğurlarımız çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya məktəbinin bazasında yaradılan Bakı Xoreoqrafiya Akademiyasının əsas məqsədi ölkəmizdə xoreoqrafiya sənəti ənənələrini qorumaq, inkişaf etdirmək, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət kolleci də eyni missiyanın daşıyıcısıdır. Burda tələbələr Xoreoqrafiya sənəti, Musiqi müəllimliyi ( tar, nağara, qarmon, kamança, vokal, fortepiano), Xalq çalğı alətləri (tar, nağara, kamança, qarmon), Rəqs müəllimliyi və Xalq çalğı alətləri ifaçılığı üzrə təhsil almaq imkanına malikdirlər.

Bədii təhsilin müasir standartlara uyğun təşkili və orta ixtisas təhsil pilləsi səviyyəsində mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaq üçün bu kollecin üzərinə də böyük məsuliyyət düşür. Kollec həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələbələrinə, dövlətin müəyyən etdiyi çağdaş təhsil standartlarına uyğun qurmuşdur. Bunun üçün tədris prosesinə yüksəkixtisaslı müəllimlər, xalq artistləri və əməkdar artistlər cəlb olunmuşdur.

Kollecə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova rəhbərlik edir.

Aynur xanımın sözlərinə görə, Xoreoqrafiya Akademiyası Şərq ölkələri arasında anoloqu olmayan bir tədris müəssisəsidir. Onun rəhbərlik etdiyi İncəsənət kolleci əvvəlcə akademiyanın nəzdində şöbə olub. 2015-ci ildən kollec sərbəst şəkildə akademiyanın bir pilləsi kimi çalışmağa başlayıb. Kollecdə əsas ana xətt xoreoqrafiya sənətidir.

Bundan əlavə digər istisaslar üzrə də tələbə qəbulu aparılır. Rəqs müəllimliyi, müsiqi müəllimliyi, xalq çalğı alətləri üzrə ixtisaslar da müasir dövrdə ölkə üzrə tələb olunan kadr potensialının təmini məqsədini güdür.

Kollecin özəlliyi ondadır ki, buradakı bütün ixtisaslar sırf xoreoqrafiya sənətinin incəliklərinə uyğun olaraq formaslaşdırlır. Kadr seçimi zamanı xoeorafiya sənətinə uyğun gələn konsertmeystrlərə üstünlük verilir. Beləki, onların tələbələri müşayəti, improvizasiya məharəti ön plana çəkilir. Xoreoqrafiya sənətinin mürəkkəbliyini başa düşən, spesifikasını, ritmik qabiliyyətini tam şəkildə mənimsəyən ən mükəmməl kadrlar seçilir.

Kollecin qısa müddət ərzində böyük uğurları olub. Bu təhsil ocağının tələbələri böyük səhnələrdə məharətli çıxışları ilə müəllimlərin etimadını doğruldub, kollektivin, pedoqoji heyətin başını uca ediblər. Məsələn yola salınan tədris illərində kollecin yetirmələri dəfələrlə yadda qalan proqramlar təşkil ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində nümayiş etdirilən “Səmayi şəms” rəqs-tamaşası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti, Xoreoqrafiya təhsili tarixində ilk dəfə olaraq Şərqin ilk professional baleti olan Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti buraxılış tamaşası və s. layihələr görülən işlər sırasındadır.

Hər bir ölkə əhəmiyyətli tədbirlərə, bayramlara ciddi şəkildə hazırlaşan kollecin müəlim və tələbə heyəti əlamətdar günlərin yüksək səviyyədə təşkili üçün maraqlı və zəngin proqramlar hazırlayaraq akademiyada yüksək səviyyədə nümayişini həyata keçiriblər. Eyni zamanda ictimai işlərdə, humanist aksiyalarda da fəal iştirak ediblər.

Yeni il və Dünya Azırbaycanlılarının Həmrəyliyi günündə Saray qəsəbəsində yerləşən uşaq evini ziyarət edib, əlil uşaqlara bayram sovqatı aparıb, onlar üçün xüsusi konsert proqramı təqdim ediblər. Bahar Bayramında isə Qocalar evi ziyarət olunub, ahıl yaşlı insanlara mənəvi dəstək olub, onlara bayram sevinci yaşadıblar. Akademiyanın Hesabat konsertində də kollecin tələbələri gözəl ifaları ilə tamaşaçı alqışları ilə qarşılanıblar.

Bakı Xoreoqrafiya Akademiyası üçün şəhərimizin gözəl bir yerində yüksək səviyyədə bina inşa olunub və kompleks tikinti işləri hələ də davam edir. Payrtaxtımızın mərkəzi küçələrindən biri olan Rəşid Behbudov 75 ünvanında, gediş-gəlişin asan olduğu bir məkanda təhsil almaq, sırf mərkəzdə oxumaq hər bir tələbinin arzusudur ki, əsl tələbəlik həyatını yaşaya bilsin.

O ki, qaldı incəsənətlə, yaradıcılıq aləmi ilə məşğul olanlara, tam fürsətdir ki, öz arzularını reallaşdıracaq bir təhsil müəssisəsinin imkanlarını nəzərdən keçirsinlər. Kollec seçimi zamanı özəl xüsusiyyətləri ilə fərqlənən bu təhsil ocağını seçməklə gənclərimiz əldə etdikləri ixtisasları yüksək səviyyədə, mükəmməl şəkildə mənimsəyə bilərlər.

Əziz Abituriyentlər, peşəkar sənət fədailərinin, görkəmli sənət ustalarının çalışdığı, pedoqoji sahədə böyük nailiyyətlərə imza atan yüskək ixtisaslı kadrların toplandığı Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət Kolleci sizin yolunuzu gözləyir. Seçiminizi elə edin ki, sənət yollarında uğur qazana biləsiniz. Ustadlardan öyrənsəniz, onların qazandığı təcrübədən yararlansanız həyat yolunuzu, sənət dünyanızı özünüz düzgün seçmiş olarsınız.

Azərbaycan Radiosunun əməkdaşı Şəlalə Məhyəddinqızı




Baxış sayı: 2 202
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930