Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
MEK-dən bildirilib ki, tədbir kitabxananın illik mülki müdafiə planına əsasən təşkil edilib. Tədbirdə mülki müdafiənin rəhbəri, MEK-in direktoru Leyla İmanova keçirilən məşqin mahiyyətindən danışıb.
Kitabxananın mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov ehtimal olunan fövqəladə hadisələr zamanı hərəkət qaydaları, mülki müdafiə siqnalları, zəhərlənmələr, yanğın, zəlzələ, radiasiya təhlükəsindən qorunmanın vasitə və üsulları barədə ətraflı məlumat verib. O, fövqəladə hallar zamanı insanlara ilkin tibbi yardım göstərilməsi və digər zəruri məlumatları da diqqətə çatdırıb.
Baxış sayı: 1 304
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

