FACT-INFO.AZ » XƏBƏR » “İslam sivilizasiyası Qafqazda”
11-07-2019, 21:40 | XƏBƏR
“İslam sivilizasiyası Qafqazda”

Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.

Simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.

Aİİ-nin rektoru daha sonra qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Ceyhun Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin olduğunu bildirən Ceyhun Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük məscidi olan “Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.

Ceyhun Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.

On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyini vurğulayan Aİİ-nin rektoru tədbirə uğurlar arzulayıb.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.

Halit Eren “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.

Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayıldığı vaxtdan dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.

Qafqazın nadir bölgə olduğunu vurğulayan Gövhər Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi mövqeyinə və qədim zamanlardan məskunlaşmış, minillərboyu yaşamış insanlarının xüsusiyyətinə görə xarakterizə oluna bilər. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini xatırladan akademik Gövhər Baxşəliyeva dahi şairin irsinin öyrənilməsində İslam dinini bilməyin vacib olduğunu vurğulayıb. Simpoziumun mövzusunun aktual olduğunu deyən akademik burada dinlənilən məruzələrin və aparılacaq müzakirələrin İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərləri Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.

Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtda respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialoqun və dini tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsində mühüm addımlar atılıb, dini etiqad azadlığı tam şəkildə təmin edilib. Ulu Öndərin dövlətçilik prinsiplərini uğurla davam etdirən Prezident İlham Əliyev sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün əvəzolunmaz xidmətlər göstərməkdədir. Bu gün Azərbaycan İslam mədəni irsinin qorunub saxlanmasında və dünyaya olduğu kimi çatdırılmasında önəmli məkanlardan biri kimi tanınır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Azərbaycan nümunəsində dünyaya göstərildi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə rahat şəkildə yaşaya bilər. Paytaxt Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Müasir dünyada irqçilik, ksenofobiya, islamofobiya təzahürlərinin getdikcə gücləndiyini deyən Mübariz Qurbanlı Azərbaycan dövlətinin çox məsuliyyətli missiyanı öz üzərinə götürərək, müsəlman ölkələri arasında həmrəyliyin bərqərar olması və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş apardığını bildirib. Xatırladıb ki, Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesaj oldu.

Komitə sədri İslam dininin təkcə Azərbaycanda və Qafqazda deyil, bütün dünyada sülhün və əmin-amanlığın təmin olunmasında, qardaşlıq, dostluq münasibətlərinin qurulmasında əvəzsiz rol oynayacağına əminliyini bildirib, bu dinin doğru mənbələrdən araşdırılmasının, öyrənilməsinin və olduğu kimi təbliğ olunmasının zəruriliyini qeyd edib və Simpoziumun məhz buna xidmət etdiyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, əldə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. Salman Musayev dini konfessiyalara ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, müstəqil Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bugünkü tədbir Heydər Əliyev ideyalarının davamı olaraq böyük önəm kəsb edir. Bu Simpozium ölkəmizin İslam tarixində və coğrafiyasında tutduğu önəmli məqama, İslamın Qafqaza, ətraf ərazilərə yayılmasında Azərbaycanın tarixi roluna verilən dəyərdir. Bu, həm də dövlətimizin İslam dəyərlərinə diqqət və qayğısının bariz nümunəsidir.

“29 Mayıs” Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan tolerantlıq mühiti ilə nəinki Qafqaz regionunda, həm də dünyada seçilir. Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması təqdirəlayiqdir.

“İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse qeyd edib ki, sovet dövründə Azərbaycanda ateizm dərsləri keçirilsə də, xalq öz dini inancını qoruyub və müstəqilliyinə qovuşduqdan sonra islami dəyərlərin təbliğini bərpa edib. Azərbaycanda din təhsili sahəsində mühüm addımlar atılıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması nəinki bu ölkə, bütövlükdə Qafqaz üçün çox önəmlidir. Azərbaycan tolerant ölkədir. Bu da onu Qafqazda multikultural dəyərlərin qorunduğu mərkəzə çevirir.

Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdinin Simpozium iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.

Çıxış edənlər II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.

Qonaqlar, həmçinin Simpoziumun keçirilməsini aktual hesab edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun tanıtım çarxı nümayiş etdirilib. Beynəlxalq Simpoziumun iştirakçıları xatirə şəkli çəkdiriblər.

Simpozium öz işini panellərlə davam etdirib. Panellərdə Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlər çıxış ediblər.

İki gün davam edəcək Simpozium “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panelləri əhatə edir.




Baxış sayı: 1 305
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb Dünən, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" Dünən, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib Dünən, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu 13-06-2026, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00 Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır 11-06-2026, 12:30 Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb 11-06-2026, 12:30 “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı 11-06-2026, 11:00 Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb 11-06-2026, 10:00 Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək 11-06-2026, 08:30 Qurtuluşun əbədi işığı 10-06-2026, 20:30 Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib 10-06-2026, 20:30 Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır 10-06-2026, 19:30 Klassik ənənə və müasir yanaşma 10-06-2026, 16:00 Sovet repressiyasının hədəfində hər zaman böyük şəxsiyyətlər olub 10-06-2026, 12:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930