FACT-INFO.AZ » SİYASƏT » XİN: "İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət hərbi cinayət sayılır"
8-01-2016, 09:35 | SİYASƏT
XİN: "İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət hərbi cinayət sayılır"

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər”.
 Bunu xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyəti ilə əlaqədar APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər.
 Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesinlə bağlı cinayət işi başlanıb. Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  
 “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır. Beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidir. Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxsin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək”, - deyə H. Hacıyev əlavə edib.
Qeyd edək ki, bu gün Ermənistan KİV-də qondarma rejimin "iqtisadiyyat naziri" Andranik Xaçatryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində xarici şirkətlərin iştirakı ilə 160-dan artıq müəssisənin qeydiyyatda olduğu barədə məlumat verib.

 

 




Baxış sayı: 1 923
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031