FACT-INFO.AZ » XƏBƏR » Hikmət Şikarov: "Azərbaycanın mədəni irs nümunələri bəşəri əhəmiyyət daşıyır"
8-07-2019, 21:25 | XƏBƏR
Hikmət Şikarov: "Azərbaycanın mədəni irs nümunələri bəşəri əhəmiyyət daşıyır"

Hazırda Azərbaycan dünyada zəngin milli - mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdür. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir.

Mədəni irsin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ölkəmiz 1992 - ci ilin iyunundan UNESCO - ya üzv qəbul olunub. 1996 - cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT - nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakıda UNESKO - nun Ümumdünya İrs Komitəsinin 43 - cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO - nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə bir daha tariximizə və irsimizə verilən dəyərdir.

Çünki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Həqiqətən də fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi - mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidə UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.

Bununla da “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyətinə və tarixinə məxsus olur. Bu maddi - mədəniyyət irsinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi bizi həm sevindirir, həm də üzərimizə böyük məsuliyyət qoyur.

Çünki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi indən elə bəşəri əhəmiyyət daşıyır. Bu qərara əsasən, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” beynəlxalq təşkilatların nəzarəti altında olacaq, onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyacaqdır. Biz inanırıq ki, Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli - mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri




Baxış sayı: 1 590
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Bu gün, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Bu gün, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031