FACT-INFO.AZ » SİYASƏT » Cənubi Qafqazda geosiyasi dəyişikliklər: Con Bolton Ermənistana qarşı
5-07-2019, 07:45 | SİYASƏT
Cənubi Qafqazda geosiyasi dəyişikliklər: Con Bolton Ermənistana qarşı

İnformasiya müharibəsi dövründə, təbii ki, müəyyən məqsədlər naminə hansısa fikri ictimai şüura yeritmək cəhdləri ola bilər. Böyük dövlətlərlə bağlı bu aspektdə absurd fikirlərin səsləndirilməsi də mümkündür. Lakin indiki həssas geosiyasi məqamda ictimai rəyin manipulyasiyasının fəsadları istisna deyil. Bu baxımdan, erməni ekspertlərin ortaya atdıqları bəzi iddiaların arxasında hansı təhlükəli nüansların dayandığını anlamağın faydası vardır. Bütövlükdə, informasiya müharibəsində inandırıcı görünmək üçün həm nüfuzlu şəxslərin adından istifadə edilir, həm də yayılan informasiyalara gizlilik donu geydirilməyə cəhd edilir. O da məlumdur ki, bu prosesdə yalanlar gec və ya tez ifşa olunur. Ancaq o da həqiqətdir ki, bir çox hallarda ictimai rəy məqsədli şəkildə yanlış istiqamətlərə yönləndirilir. Bütün bunları nəzərə alaraq, biz bir məqamın üzərində geniş dayanmağa ehtiyac duyduq.

Arxa qapıdan giriş: Boltonun kimliyi haqqında dolaşıq fikirlər

Amerikanın Cənubi Qafqaz siyasəti çox maraqlı və diqqət cəlb edəndir. Dünyanın ən güclü ölkəsinin regionla bağlı mövqeyinin əsas cəhətləri həmişə ekspertlər üçün maraqlı təhlil predmeti olub. Xüsusilə, hazırkı mərhələdə qlobal geosiyasi proseslərin mürəkkəb və ziddiyyətli məqamları başqa regionlara olduğu kimi, Cənubi Qafqaza da öz təsirini göstərir. Bunun fonunda Vaşinqtonun siyasi kursunun Qafqazla bağlı hissəsi bizim üçün daha da aktuallaşır.

Ekspertlər Yaxın Şərq və Cənubi Qafqaz istiqamətində ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun fəal işlədiyini ifadə edirlər. Erməni ekspertlər də bu mövzuya bir sıra hallarda maraq göstərirlər. Onlardan birinin yazısında C.Boltonun Cənubi Qafqazla bağlı mövqeyinin şərhi diqqətimizi çəkdi. Yervand Bozoyan cəhd edir ki, ABŞ Prezidentinin müşavirinin siyasətçi və diplomat kimi kimliyini açsın.

Erməni ekspert C.Boltonu qatı antiirançı və Türkiyə tərəfdarı kimi təqdim edir. Hesab edir ki, C.Bolton Cənubi Qafqazda əsas geosiyasi güc kimi Türkiyə-Azərbaycan cütlüyünü görür. Bu gücdən istifadə edərək Vaşinqton İrana qarşı daha sərt mövqe tuta bilər. Eyni zamanda, Amerikanın Ermənistandan istədiyi İranla sərhədlərin bağlanmasıdır. Güclü Azərbaycan və güclü Türkiyəni Ermənistan da qəbul etməlidir. Çünki İrəvanın başqa yolu yoxdur. Əgər bunu qəbul etməsə, Dağlıq Qarabağdan Ermənistan dərhal çıxmalı olacaq və hətta Ermənistanın özü bir dövlət olaraq mövcud olmaya da bilər.

Bunlardan başqa, Nikol Paşinyan Qarabağ klanını məhv etməli və reallığı erməni cəmiyyətinə anlatmalıdır. Lakin N.Paşinyanın bunun öhdəsindən gəlib-gəlməyəcəyi məlum deyil. Bu da təbii ki, Ermənistan rəhbərliyinin hələ də qeyri-müəyyən vəziyyətdə qalması deməkdir. Buna baxmayaraq, Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq, cəmiyyətdə antitürk əhval-ruhiyyəsini dəyişmək gərəkdir. Çünki Türkiyə Cənubi Qafqazda əsas geosiyasi gücdür. N.Paşinyan da cəmiyyətdə bu istiqamətdə rəyi dəyişdirmək üçün lazımdır.

Əlavə olaraq, Meğri rayonu ilə Dağlıq Qarabağda bir rayonu dəyişməklə Ermənistanın İranla sərhədini kəsmək olar. Guya, Bakı və Ankara buna razıdır. Gürcüstana gəldikdə isə, C.Bolton bu ölkəni Rusiyanın cənubunda maneə kimi görür. Gürcüstandan İrana qarşı hərbi əməliyyatlarda da istifadə etmək olar.

Bu qısa xülasədən aydın görünür ki, C.Boltonun siyasətçi və diplomat kimi müəyyən obrazını yaratmağa cəhd edilir. Onun tərcümeyi-halından da müəyyən fraqmentlər gətirilir və C.Bolton müharibə tərəfdarı kimi göstərilir. Ayrıca, C.Bolton hesab edir ki, İran, Şimali Koreya və Kuba ilə danışıqlar aparmağın mənası yoxdur – onlar yalnız vurulmalıdırlar. O, Rusiya və onun müttəfiqlərini də “ikinci şər oxu” kimi qəbul edir və nəyin bahasına olur-olsun, onlar məhv olunmalıdırlar.

Nəhayət, erməni ekspert məqalədə C.Boltonun bir qatı yəhudi tərəfdarı olduğunu da vurğulayır. O, 2010-cu ildə “İsrailin dostları” adlı təşəbbüs qrupu yaradıb. Bu qrup “hər yerdə, hər zaman İsrailin maraqlarını təmin etməyi” əsas vəzifə hesab edir.

Beləliklə, C.Boltonun həm İsrail, həm Türkiyənin maraqlarını müdafiə edən siyasətçi-diplomat obrazı yaradılır. C.Bolton “hər yerdə İsrailin maraqlarını müdafiə edir”, həm də Türkiyəni “ABŞ-ın ən etibarlı müttəfiqi” sayır. Sonra belə göstərilir ki, C.Bolton şəxsən istərdi ki, Cənubi Qafqaz tamamilə Türkiyə-Azərbaycan cütlüyünün aparıcılığı ilə idarə edilsin, regionun digər dövlətləri bu iki türk dövlətinin ritminə uyğun təkamül yolu seçsinlər. Təbii ki, belə olan halda, İran və Rusiya arxa plana atılır.

Azərbaycan-Türkiyə cütlüyü: İran və Rusiyaya qarşı qoyma cəhdi

Erməni ekspertlərin ənənəvi olaraq antitürkiyə və antiazərbaycan mövqedə olduqlarını nəzərə alsaq, Y.Bozoyanın da bütün bunları yaxşı niyyətlə yazmadığını deyə bilərik. Onu maraqlandıran, əslində, məsələnin başqa tərəfidir. Digər yazılardan da görünür ki, bütövlükdə, erməni ekspert dairələri hər fürsətdə Azərbaycan və Türkiyə ilə bağlı real faktları təhrif edərək, onları günahkar çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Burada da eyni ssenaridir.

Yəni, məsələ ondan ibarətdir ki, ermənilər apardıqları informasiya müharibəsi vasitəsilə çalışırlar ki, Azərbaycan və Türkiyənin regionda Rusiya və İrana qarşı “gizli fəaliyyətdə” olduğu ictimai rəyə yeridilsin. Buna görə də C.Boltonla bu ölkələr bir sıra məsələlərdə ortaq fəaliyyətdə təqdim edilirlər. Hazırda bu “ortaqlıq” İranı parçalamaq istiqamətində “daha da dərinləşir”! Burada, necə deyərlər, stop!

Deməli, çətin vəziyyətdə olan İranın regionda əsas “düşmənləri” Türkiyə-Azərbaycan cütlüyüdür! İran şübhə etməsin ki, bu “ciddi faktordur”, çünki Vaşinqtonun “qırğıları” da bu türk ölkələrinin hegemon olmasına çalışırlar. Görünür, burada Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktubların obyektivliyini də şübhə altına almaq kimi iyrənc bir cəhd vardır.

Türkiyə məsələsinə gəldikdə isə, getdikcə aydın olur ki, bu dövlətin inkişafının qarşısını kimsə ala bilməyəcək. Bu da digər regionlarla yanaşı, Cənubi Qafqazda da geosiyasi aspektdə qüvvələr nisbətini dəyişə bilər. Daha güclü Türkiyə faktını hətta İrəvan belə qəbul etməli olacaq. Bu halda ən yaxşı üsullardan biri Rusiyanın qısqanclığını yaratmaqdan ibarətdir. Təbii ki, Kremlin tarixi təcrübəsi çox böyükdür və hər ucuz fikrə aldanmaz. Lakin cəmiyyətdə müəyyən kəsimlərin rəyinə təsir etmək mümkündür.

Beləliklə, mənzərə aydındır: getdikcə daha da dərinləşən və genişlənən Türkiyə-Rusiya, Türkiyə-İran, Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək üçün müxtəlif ssenarilər uydurur, hətta qatı İsrail tərəfdarını qatı Türkiyə tərəfdarı kimi də təqdim etməkdən belə çəkinmirlər. Reallıqda bu iki istiqamət birləşə bilməz. Səbəbi o qədər aydındır ki, təkrar deməyə elə də ehtiyac yoxdur.

Dünyada hansı böyük dövlətin böyük bir ərazidə güclü türk dövlətlərinin meydana gəlməsinə müsbət yanaşdığını bilmirik. Bundan başqa, Azərbaycanı Türkiyənin “Qafqazdakı davamı” kimi qələmə vermək də tam yanlışlıqdır. Çünki Azərbaycan müstəqil dövlət kimi özündən başqa kimsəni təmsil etmir. Ölkənin xarici siyasəti tamamilə milli maraqlar üzərində qurulub və buna tam müstəqil siyasi kursa üstünlük verməklə nail olunur.

Bununla yanaşı, Azərbaycan Türkiyə ilə ən yaxın əməkdaşlıq xəttini seçib. Çünki dövlət olaraq regionda Azərbaycanın maraqlarına daha yaxın mövqeni Türkiyə tutur. Azərbaycan bu təbii müttəfiqlikdən niyə imtina etməlidir? Bütün dünya dövlətləri bir-biri ilə səmimi əməkdaşlığa can atdığı bir mərhələdə Bakı və Ankara hansı səbəblərdən bir yerdə olmasınlar? Bu suallara heç kəs mənfi cavab verə bilməz.

Buna görə də, Azərbaycan-Türkiyə əməkdaşlığında kimlərəsə qarşı hansısa mənfi çalar axtarmaq absurd bir məşğuliyyətdir. Bu əməkdaşlığın təməlində maraqların yaxınlığı və real geosiyasi mənzərə dayanır. Yəni, Bakı və Ankaranın kimlərəsə qarşı birləşmək kimi bir planı yoxdur və olmayacaq da.

Əlbəttə, burada Türkiyə və Azərbaycanın Amerika ilə əlaqələrinin daha sağlam müstəviyə keçməkdə olması da bizə dost olmaq istəməyən bir sıra dairələri narahat edir. Xüsusilə, Osakoda Tramp-Ərdoğan danışıqlarında əldə olunan nəticələr və D.Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktublar həmin dairələrdə narahatlığı artırıb. Çünki bunların fonunda Ermənistanın heç bir real addımı gözə dəymir və o, daha aciz vəziyyətə düşür.

Burada Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsini də unutmaq olmaz. İki ölkənin prezidentlərinin çox yaxşı münasibətdə olması və buna rəğmən, Vladimir Putinin N.Paşinyanla elə də isti münasibətdə olmaması Rusiya cəbhəsində də İrəvanın problemlərinin olduğuna işarə edir.

Bütün bunlardan qarşı tərəfin informasiya müharibəsindən primitiv üsulla istifadə etməyə çalışdığı aydın olur. Əlbəttə, C.Bolton ABŞ kimi qüdrətli bir dövlətin rəsmisi olaraq ciddi planlar qura bilər. Lakin şübhə yoxdur ki, C.Bolton hər şeydən öncə Amerikanın maraqları üçün çalışır. Digər məqamlar ikinci dərəcəlidir və tam olaraq bu faktordan asılıdır. Bunu hər kəs bilir.

Newtimes.az




Baxış sayı: 1 335
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031