Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında iştirakçı ölkələr maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində səmərəli müzakirələr aparırlar. Burada UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının icrasının təkmilləşdirilməsi ilə bağlı mühüm tövsiyələr səsləndirilir. İnanıram ki, səsləndirilən təklif və tövsiyələrlə bağlı mühüm qərarlar qəbul olunacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun əməkdaşı Kolman Kriodamin söyləyib.
Kolman Kriodamin bildirib ki, UNESKO-nun sessiyasının açılış mərasiminin və sessiya çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi təcrübəsini nümayiş etdirdi.
Qonaq təmsil etdiyi təşkilatın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi ilə yaxından əməkdaşlıq etdiyini və birgə layihə həyata keçirdiyini diqqətə çatdırıb.
Baxış sayı: 1 173
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

